Osteoporoz

Osteoporoz - " XXI əsrin səssiz epidemiyası "

Osteoporoz - skeletin, sümük kütləsinin azalması və sümük toxumasının mikroarxitekturasının pisləşməsi ilə xarakterizə edilən, nəticədə sümüklərin kövrəkliyinin artması və sınıqlara meylliliyin yaranmasına səbəb olan sistem xəstəliyidir.
Osteoporoz tez-tez "səssiz epidemiya" kimi xarakterizə edilir. Osteoporozdan əziyyət çəkən xəstələrin yarısında bu patologiya simptomsuz keçə bilir və xəstələr sümük sınığı baş verməyənədək bundan xəbər tutmurlar.

Osteoporozun ümumi simptomlarına bel nahiyəsində ağrılar, boyun azalması və onurğanın önə əyilməsi aiddir. Sınıqlar yıxılma və ya kiçik travmalar nəticəsində baş verə bilər. Osteoporozun klinik əhəmiyyəti sınıqların meydana şıxmasındadır. Bir qayda olaraq, osteoporoz sınıqlarının baş verdiyi tipik yerlərə bud sümüyü, onurğa (onurğanın kompression sınıqları) və bilək (Kolles sınığı), az hallarda isə digər nahiyələr aiddir.


Osteoporoz əmək qabiliyyətini azaldan və bəzi hallarda hətta ölümcül olan xəstəlikdir. Osteoporoz bütün dünyada istər qadınlar, istərsədə kişilər arasında rast gəlinir. Növbəti 50 il ərzində osteoporoz hallarının proqnozlaşdırılan tezliyinin artmasının qarşısının alınması məqsədilə effektiv profilaktika və mülicə zəruridir.
Tədqiqatlar göstərmişdir ki, 45-50 yaşdan yuxarı olan hər üç qadından biri və 65 yaşdan yuxarı qadın və kişilərin demək olar ki, yarısı osteoporozdan əziyyət çəkir. Əlillik və ölüm xəstəlikləri arasından bütün məlum xəstəliklərlə müqayisədə osteoporoz yalnız ürək-damar patologiyaları, onkologiya və şəkərli diabetdən sonra gəlməklə 4-cü ( ! ) yeri tutur.


онлайн резервация

Онлайн зарегистрируйтесь, и в удобное для вас время, без очереди воспользуйтесь услугами нашей клиники.