RINOPLASTIKA

Estetik plastik əməliyyatlar arasında sözsüz ki, lider sayılan əməliyyat Rinoplastikadır. Statistikaya görə ən çox olunan, ən populyar estetik əməliyyat məhz rinoplastikadır. 
Beləliklə RİNOPLASTİKA burnun anadangəlmə və ya sonradan yaranmış defektlərinin, deformasıyasının düzəldilməsi əməliyyatıdır. Burnun kiçildilməsi, donqarın, əyriliyin düzəldilməsi, formasının korreksiyası bütün bunlar Rinoplastika əməliyyatı zamanı yerinə yetirilir. Burun üzdə ən çox nəzərə çarpan, ona özünəməxsus ifadə verən bir üzvdür. Burun formasının dəyışilməsi insanın üzünü , ifadəsini inanılmaz dərəcədə dəyişdirə bilər. 
Burun donqarı üzə qəzəbli ,sərt bir ifadə verir. İncə, zərif təbəssümü, gülüşü biruzə verməyə imkan vermir. Belə xanımlar sanki gülümsəmədən məhrum olurlar. Profil görüntüsü çox xoşaqəlməz olur.Bu da ən çox sükan arxasında oturan xanımlara kompleks yaradır.
Rinoplastika ən çox olunan plastik əməliyyat olmaqla yanaşı, eyni zamanda ən mürəkkəb, cərrahdan böyük ustalıq, professionallıq tələb edən əməliyyatdır.
Müasir estetik burun əməliyatlarında məqsəd təkcə əyriliyi, iriliyi, tənəffüs problemlərini aradan qaldırmaq deyil, burnu üz cizgilərinə, insanın zövgünə uyğun olan bir formaya gətirməkdir.Ən əsas məqamlardan biri də burnun təbii olması, yəni əməliyyat olmasının hiss edilməməsidir .
Rinoplastika əməliyyatından öncə kompyuter modelləşmə ilə burun formasını seçmək imkanı olur.Əməliyyat mürəkkəblik dərəcəsindən asılı olaraq 30 dəqiqədən -2 saata qədər davam edə bilər. Bəzən çox böyük burunların çox kiçildilməsi burun sümüklərinin aralanmasına və burnun yatmasına səbəb olur. Buna görə də plastik cərrahla məsləhətləşmək və qərarı verəndə çox diqqətli olmaq lazımdır. 
Əməliyyatdan öncə ətraflı müayinələr olması mühümdür. Qanın təhlili, EKQ və rentgen müayinə olunmalıdır. Əməliyyat, əməliyyata hazırlıqdan sonra aparılmalıdır. 
Müasir Rinoplastika əməliyyatından sonra demək olar ki, göyərmə və şişkinlik olmur. Əməliyyatdan sonra nəfəs alma poblemi yaranmır.
Burun plastik əməliyyatından başqa VİTAL KLİNİKADA üz dərisinin dartılması, gözaltı torbalarının ləğvi, süd vəzlərinin qaldırılması, böyüdülməsi və kiçildilməsi, liposaksiya (artıq piylərin götürülməsi), abdominoplastika (qarın fartukunun ləğvi), (üz, ayaq, yan və başqa yerlərin piylə doldurulması) və başqa estetik plastik əməliyyatları uğurla aparılır.

Komplekslərinizdən azad olun!!!

İstədiyiniz nəticəni almaq istəyirsinizsə müraciət edə bilərsiz.
012 437-52-20, 012 437 52 10, 050 377-44-44

 














 
 
  ]


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.