Appendisit

Appendisit (lat. appendicitis) kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabıdır. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda təsadüf olunur.
Appendisit çox vaxt daima bağırsaqlarda yaşayan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədər baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir.
Appendisitin əlamətləri sağ budun dibində və qarında ağrılar, ürəkbulanma, qusma, temperaturun qalxması ilə özünü biruzə verir. Vaxtında cərrahi yolla müdaxilə olunmazsa, 18 saat ərzində appendisitin partlama ehtimalı var. Əgər soxulcanabənzər çıxıntı (appendiks) partlayıb, irin qarın boşluğuna yayılsa, peritonit baş verir. Peritonit appendisitin təcili tədbirlər görülməzsə ölümlə nəticələnən ağır fəsadıdır. Yox, əgər iltihablaşmış appendisit partlamayıb, onun ətrafına infiltrat yığılarsa, o ya sorula, ya da irinləyə bilər.
Laborator müayinədə-- qanda leykositoz (leykositlərin sayi normanan yuxari olmasi) təyin olunur.
Buna görə də appendisitin ilkin əlamətlərini hiss edən kimi dərhal həkimə müraciət etmək gərəkdir. Müalicəsi çərrahi müdaxilə yolu ilə aparılır. Əməliyyat özü appendektomiya adlanır. Əməliyyat iki üsulla icra oluna bilər: 1)açıq üsul yəni qarın boşluğunun yarılması; 2) laparoskopik yəni minimal invaziv üsul. Laparoskopik üsulla appendektomiya qarın boşluğu yarılmadan ora göbək nahiyyəsindən inçision-punktion yolla daxil edilmiş optik cihaz və qarının aşağı iki yan tərəflərindən inçision-punktion yolla daxil edilmiş iki köməkçi alətlər vasitəsilə manitorda müşahidə aparmaqla icra olunur.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.