BEL YIRTIĞI (fəqərə arası disk yırtığı)
BEL YIRTIĞI (fəqərə arası disk yırtığı)
Bel yırtığı beldəki fəqərələr arasinda yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.
Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırıtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr yırtıqlaşan yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa yırtıqlaşmış diskdən ifraz olunan bəzı kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi dediyimiz yaşlanmanın təbii bir nəticəsi olaraq ortaya çıxir.
Bel yırtığının əlamətləri aşağıdakılardır
- Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar
- Bud və baldır əzələlərində olan ağrılar
- Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı
- Hərəkət məhdudluğu
- Baldır əzələlərində qıcolma (kramp)
- Antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik)
- Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.
Bel yırtığı diaqnozu.
Bel yırtığı diaqnozu zamanı xəstənin şikayətləri və həkim tərəfindən icra olunan nevroloji müayinə çox vacibdir. Həkim baxışı sonrası lazım olarsa instrumental diaqnostik müayinələr (MRT, KT, EMQ və. s) tələb oluna bilər.
Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arasi disk yirtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir. MRT vasitəsiylə onurğa beyni, sinir kökcükləri, fəqərələr, fəqərə arası disklər haqqında ətraflı informasiya almaq mümkündür. MRT müayinəsi zamani insan rentgen şüalanmasına məruz qalmaz. Bəzi xəstələr şüalanaram deyə əbəs yerə ehtiyyat edirlər. Buna görə qəti bir şəkildə MRT dən imtina etmək doğru deyildir. Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtığının varlığı haqqında dəqiq, bir başa məlumat verə bilməz.
KT komputer tomoqrafiya onurğa sütunun sümük elementləri haqqinda daha informativ məlumat verir. Kanal darlığı, bel sürüşməsi (listezis), kalsinatlaşmış disk yirtıqları diaqnostik olaraq aşkarlana bilinir. Ancaq onurğa sütununda disk yirtiğının təyin olunmasında MRT müayinəsi Komputer tomoqrafiyasından daha üstün müayinə hesab olunur.
EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Bu müayinə vasitəsiylə sixilan sinir kökcüyünün ötürücülüyü təyin olunur. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasinin seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir.
Bel yırtığının müalicəsi.
Bel fəqərə arası disk yırtığının müalicəsi aşağıdakılardan ibarətdir:
- Medikal (dərman) müalicəsi
- Fizioterapiya
- Epidural steroid inyeksiyası
- Cərrahiyyə
- Dərman müalicəsi
İlkin mərhələdə: Bel yırtığının müalicəsi yırtıqlaşmanın, yəni disk dediyimiz elastiki maddənin ayağa gedən sinirlərə etdiyi kompresiyyanın dərəcəsinə bağlıdır. Əgər sadəcə bel və ayaq ağrısı mövcuddursa, ancaq hər hansı bir keylik, ayaq zəifliyi,hərəkət məhdudluğu yoxdursa bu bel yırtığının başlanğıc mərhələsi deməkdir. Bu mərhələdə xəstəyə əzələ relaksasiya edici, qeyri-steroid iltihab ələyhinə dərmanlar verilir, qısa müddətli yataq istirahəti və belini narahat edə biləcək hərəkətlərdən uzaq olunması tövsiyyə olunur.
Təbii ki, ağrısı olan xəstə ilk olaraq doğru mütəxəssisə müraciət etməlidir. Artıq həkim müayinə sonrası dərman müalicəsinin nə dərəcədə effektli ola biləcəyini, dərman müalicəsi ilə yanaşı fizioterapiyaya da ehtiyac olub olmadığı qərarı verilmiş olacaqdır. Ona görə bu tipli şikayəti olan insanların həkimsiz ağrıkəsici istifadəsi və ya qeyri tibbi olaraq bellərinin çəkdirilməsi və yaxud başqa tipli tibbi təsdiqi olmayan prosedurlarn icra olunması tövsiyyə olunmur. Çünki belə proseduralar insanlarin əlil olmasına gətirib çıxara bilər.
Bel yırtığının cərrahi əməliyyatı.
Bel və boyun yırtıqlarının əksər hissəsi konservativ (əməliyyatsız) müalicələr adlandırılan bu ilk üç üsuldan biri və ya bir neçəsiylə yaxşılaşır. Çox az bir qisim xəstədə cərrahi müalicəyə ehtiyac olur.
Fizioterapiya olunan xəstənin ağrıları davam edirsə və ya əzələ zəifliyi, baldırda arıqlama, sidik saxlamada problemlər, dözülməz ağrılar mövcuddursa və icra olunan müalicələr effektsizdirsə bu hallarda əməliyyat mütləqdir. Əməliyyatda məqsəd onurğadan çıxan sinirlərə olan mexaniki təsir aradan qaldırmaqdır.
Əməliyyat Zamanı Əlil Olma Ehtimalı Nə Qədərdir?
Cəmiyyətdə insanlar arasında əməliyyat olunaramsa əlil qalaram, iflic olaram, uzun müddət yataqdan qalxa bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrar əmələ gələr, təkrar əməliyyat olunaram kimi fikirlər mövcuddur. Amma mikrocərrahiyyə sayəsində bu növ qorxulara lüzum qalmamışdır. Əgər cərrahi müdaxilə olunmazsa və sinirə təyziq davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.
Müasir dövrdə icra olunan əməliyyatlardan sonra xəstə 1 sutka ərzində aktivləşdirilir, əməliyyatdan bir gün sonra xəstə evə yazılır. Ən qısa zamanda da işinə geri dönüb, aktiv həyatını davam etdirir.
CƏRRAHI MÜALICƏ METODLARI:
1 Klassik diskektomiya
2 Mikrodiskektomiya
3 Endoskopik diskektomiya
4 Lazer diskektomiyası
5 Nukleoplastika
Bel yırtığı əməliyyatlarında məqsəd yırtıqlaşan qisimlə birlikdə diskin degenerasiyaya uğramış pulpoz nüvəsini boşaltmaq və sinir üzərindəki kompressiyanı aradan qaldırmaqdır.
Klassik metod: Ümumi anesteziya (narkozla) sonrası, beldə 4-5 cm-lik bir kəsiklə girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.
Mikrodiskektomiya: Mikroskop altında kiçik bir kəsik ilə (2 cm) daxil olaraq, ətraf toxumalara zərər vermədən, yırtığın güvənli bir şəkildə çıxardılması əməliyyatıdır. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.
Effektivliliyi, etibarlılığı yüksək olmasına görə bugün dünyada ən çox qəbul edilən və tətbiq olunan metoddur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma ilə evə yazılır.
Endoskopik Diskektomiya : Endoskopun köməkliyi ilə 1 sm-lik bir kəsik ilə icra olunan müdaxilədir. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.
Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma fonunda evə yazılır.
Lazer Diskektomiya: Lokal anesteziya sonrası yırtığa yüksək temperatur tətbiq olunaraq ölçüləri bir miqdar kiçildilir.
Effektivliliyi azdır. Ciddi onurğa beyni, sinir kökü kompressiyası və nevroloji defistlər verməyən yırtıqlara başlanğıc mərhələdə və protruziyalara tətbiq olunur.
Nukleoplastika: Lazer diskektomiyaya bənzər şəkildə disk məsafəsinə daxil olunaraq radyofrekans tətbiq olunur
Hər hansı bir müdaxilənin seçilməsi mütəxəsis tərəfindən seçilir. Vaxtinda doğru mütəxəsislər tərəfindən icra olunan əməliyyatlar sonrası xəstə tam olaraq əvvəlki normal həyatına və işinə geri dönür.
Vital Klinika Onurğa Bərpa Mərkəzində müxtəlif səbəblərdən yaranan bel ağrıları Rusiya-Turkiyə təcrübəsi olan instruktor-reabilitoloq tərəfindən müalicə olunur.