Osteoxondroz
OSTEOXONDROZ - onurğa sütununun xəstəliyidir (xalq arasında boyun kirəclənməsi-duzlaşma kimi tanınır). Osteoxondrozun əmələ gəlməsinə onurğa sütununda baş verən distrofik pozulmalar səbəb olur. Xəstəliyə digər oynaqlarda da rast gəlinir,amma,ən çox onurğa sütununda meydana gəlir. Osteoxondroz zamanı ən çox onurğaarsı disklər patologiyaya uğrayır. Xəstəliyin əlamətləri sinirlərin qidalndırdığı nahiyəyə uyğun olaraq baş verir, bu formaları var: boyun osteoxondrozu, döş osteoxondrozu, bel ostexondrozu. Osteoxondrozun əmələ gəlməsində onurğanın fizioloji quruluşunda baş verən müxtəlif səbəblərdən onurğaarası diskin sıxılması və həmin nahiyyəni yetərincə qidalandırmaması durur. Bu ən çox müxtəlif travmalar və fiziki yüklənmələr zamanı baş verir. Xəstəliyin kəskinləşməsində düzgün qidalanmamanın rolu böyükdür. Belə ki, düzgün və sağlam qidalanmama səbəbi ilə onurğarası qığırdaq toxuması elastilkliyini və möhkəmliyini itirir, bu səbədən də formasını və tərkibini dəyişir ki, bu da ostexondrozun baş verməsinə səbəb olur.
Osteoxondroza ən çox orta yaşdan yuxarı adamlarda rast gəlinsədə son illərdə hesablamlar göstərir ki, xəstəlik daha erkən yaşlarda da meydana gəldir.
Xəstəlik özünü onurğa nahiyyəsində ağrılar və ağırlıq hissinin olması ilə xəstələri narahat edir.
Xəstəliyin əmələ gəlməsində yastıpəncəliliyin, ağrlıq daşımanın və artıq çəkinin rolu olduğu da həkimlər tərəfindən qeyd edilir.
Osteoxondrozun əmələ gəlməsində həmçinin: genetik faktorlar, maddələr mübadiləsinin pozulması, normal qidalanmama, onurğanın travmaları, ekoloji faktorlar və azhərəkətli həyat tərzi də öz rolunu oynayır.
Bu xəstlikdən Vital Klinika "Onurğa Bərpa Mərkəzində” müalicəvi idman, massaj, manual terapiya və fizioterapiya üsulları ilə azad ola bilərsiniz.
Sağlamlığınızı peşəkarlara etibar edin!