Süd vəzilərinin mastopeksiyası, mammoplastikası, mammoreduksiyası
Süd vəzisinin yuxarı çəkilməsi (mastopeksiya).
Göstərişlər: - 18-dən yuxarı yaş,
- Döşün sallanması.
Əməliyyat texnikası: Areolla ətrafında və areoldan aşağıda vəzialtı qata qədər
kəsiklər aparılır, vəzinin aşağı hissəsindəki artıq dəri
götürülür, döş normal forma alır.
Yanaşı prosseduralar: Döş implontantının qoyulması.
Anesteziya: ümumi.
Əməliyyat: 1.5-3saat davam edə bilər.
Əlavə effektlər: Əməliyyat olunmuş nahiyyədə zəif ağrı və diskamfort hissi, gilə
nahiyyəsində yanma hissiyatı, vəzinin şişkinliyi, hematomalar,
nəzərəçarpan qırmızımtıl çapıqlar. Çapıqların rəngi 6 aydan sonra
avazıyır. Şişkinlik 6 həftədən sonra tam keçir.
Reabilitasiya: Əməliyyat olunmuş şəxs stasionarda 2-3 sutka qalır. 10-14-cü
sutkada tikişlər sökülür. 4 həftə ərzində süd vəzilərinə dayaq rolu
oynaya bilən xüsusi kompression geyimdən istifadə olunur. 2-3
həftə ərzində ağırlıq qaldırmaq və idmanla məşğul olmaq olmaz.
1ay ərzində günəş şüalarının birbaşa düşməsindən qorunmaq
lazımdır.
Mümkün olan ağırlaşmalar: Yaraya infeksiyanın düşməsi, çapıqlar, hematoma,
gilə nahiyyəsində həssaslığın itməsi, vəzilərin
assimetriyası.
Son nəticə əməliyyatdan 3-6 aydan sonra qiymətləndirilir.
Süd vəzisinin kiçildilməsi (kiçildici mammoplastika, mammoreduksiya).
Göstərişlər: 18 yaşdan yuxarı yaş dövrü , süd vəzilərinin hipertrofiyası, süd
vəzilərinin ifrat iri həcmi ilə bağlı onurğa sütununun boyun və döş
şöbələrində ağrı və diskamfort hissiyatı, vəzilərin altındakı büküşdə
dermatit.
Texnikası: Areola ətrafındakı kəsiklər şaquli istiqamətdə vəzinin altına və büküşə
qədər gedir. Bu kəsiklərdən cərrah artıq piy, artıq vəzi toxumalarını və
artıq dərini götürərək gilə və areolanı yeni pozisiyaya gətirir və dəri
parçalarını areola ətrafında tikərək, vəzinin yeni konturunu yaradır.
Anesteziya: ümumidir.
Əməliyyat: 2-3.5 saat davam edə bilər.
Əlavə effektlər: Əməliyat nahiyyəsində zəif ağrı və diskomfort, gilələrdə yanma
hissiyatı, vəzidə şişkinlik, hemtomalar, qırmızımtıl kobud
çapıqlar. Çapıqlar 6 ay ərzində avazıyır.
Reabilitasiya: Tikişlər 12-16-cı sutkada sökülür. Stasionarda qalma müddəti –
3-4 sutka. 4 həftə ərzində süd vəzilərinə dayaq ola bilən xüsusi kompression geyimdən istifadə olunur. 2 həftə ərzində əlləri başın üzərinə qaldırmaq. 2-3 həftə ərzində isə ağırlıq qaldırmaq və idmanla məşğul olmaq olmaz.
Mümkün olan ağırlaşmalar:çapıqlar, daxili qanaxma, hematoma, seroma (cərrahi
yarada seroz mayenin toplnması), infeksiyalaşma,
gilə nahiyyəsində həssaslığın azalması, gilələrin qan
dövranının pozulması nəticəsində tamamilə itməsi,
vəzi və gilələrin assimetriyası.
Son nəticə 3-6 aydan sonra qiymətləndirilir.
25. Süd vəzisi ölçüsünün böyüdülməsi (böyüdücü mammoplastika).
Göstərişlər: yaşın 18-dən yuxarı olması, vəzilərin inkişafdan qalması, vəzilərin
assimetriyası, sallanması, cərrahi müdaxilə nəticəsində itirilməsi.
Texnikası: Areolun kənarında kəsik apararaq cib düzəldilir, cib çox zaman
böyük döş əzələsinin arxasında yerləşdirilir. Cibə implantant
yerləşdirilərək tikilir. İmplantant vəzinin arxasında da yerləşdirilə
bilər.
Anesteziya: ümumi olur.
Əməliyyat: 2 saatadək davam edə bilər.
Əlavə effektlər: əməliyyat nahiyyələrində ağrı və diskomfort hissiyatı, gilələrdə
yanma hissiyatı, vəzinin şişkinliyi, hematomalar, 6 aydan sonra
avazıyan çapıqlar. Şişkinlik 6 həftədən sonra keçir.
Reabilitasiya: Stasionarda 2-3 sutka qalmaq lazım olur. Tikişlər 10-14-cü sutkada
sökülür. 4 həftə ərzində xüsusi kompression geyimdən istifadə
olunur. 2-3 həftə ərzində ağırlıq qaldırmaq və idmanla məşğul
olmaq olmaz.
Mümkün olan ağırlaşmalar:çapıqlar, qanaxma, hematoma, infeksiyalaşma,
seroma, gilə nahiyyəsində həssaslığın itməsi,
implantantın yerləşdirilməsi, vəzilərin assimetriyası,
kapsulyar kontraktura.
Son nəticə əməliyyatdan 3-6 ay sonra qiymətləndirilir.