stenokardiya


SABIT STENOKARDIYA




Sabit stenokardiya(SS) – fiziki gərginlik(hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma,), Aterial təzyiqin yüksəlməsi, soyuq, çoxlu miqdarda qida qəbulu, emosional streslə əlaqədar meydana gələn, döş sümüyünün arxasında lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı və ya narahatlıq hissi ilə xarakterizə edilən, sol qola, boyuna, çənəyə yayılan, adətən 3-5 dəqiqə davam edən, sakitlik halında, dil altına nitroqliserin qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən klinik sindromdur. Stenokardiya ürək əzələsinin qidalanmasının keçici pozulması, yəni onun oksigenə olan təlabatının ürək qan dövranı ilə çatdırılması arasında uyğunsuzluq nəticəsində meydana gəlir. Bu vaxt praktik olaraq həmişə ürək arteriyalarının aterosklerotik zədələnməsi rast gəlinir.
Ürək əzələsinin qidalanmasının pozulması(ürəyin işemik xəstəliyi) əksər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin əsas ölüm səbəbini təşkil edir.
Sabit stenokardiyanın(SS) uRisk amillərinin [/u][/b]təyin olunması çox vacibdir. Bunlar 2 qrupa bölunür: idarə olunmayan(50-60 yaşdan yuxarı, kişi cinsi,irsi meyllik) və idarə olunan. Sonunculara aşağıdakılar aiddir:
* Dislipidemiya
* Arterial hipertenziya
* Tütünçəkmə
* Piylənmə
* Ећəkərli diabet(tipi(I,II)acqarına qanda şəkər səviyyəsi
* Hipodinamiya
* Qeyri-rasional qidalanma
* Hormonal disbalans
* Podaqra
* Psixoemosional gərginlik

Anamnezin sadalanan bəndləri dəqiqliklə araşdırılmalıdır:

1. Keçirilmiş Miokard infarktı
2. Ürək çatışmazlığı əlaməti
3. Xəstəlik yeni başlayıb
4. Xəstəlik proqressivləşəndir
5. Medikamentoz müalicəyə tabe olma
6. Qeyri-sabit stenokardiya əlamətləri
7. Ürəyin qapaq xəstəliyi
8. Hipertrofik obstruktiv kardiomiopatiya əlaməti
9. Qeyri-koronar damar xəstəliyi
10. Yanaşı gedən ciddi xəstəliklər

Laborator – istrumental müayinələr:

* Laborator müayinələr:
* Ümumi qan analizi, kreatinin
* Qanda acqarına şəkər, şəkər yükləmə sınağı(vaxtaşırı)
* Lipid profili(ümumi xolesterin, yüksək sıxlıqlı və aşağı sıxlıqlı lipoproteidlər, triqliseridlər (vaxtaşırı)

İnstrumental müayinələr:
* Döş qəfəsinin rentgenoqrafiyası
* Sakitlik və fiziki yük sınaqlı EKQ
* Sakitlik və fiziki yük sınaqlı Exokardioqrafiya
* Fiziki yük təsvir üsulları: perfuzion ssintiqrafiya, MRT)
* Farmakoloji stress təsvir üsulları
* Ürəyin stress maqnetik rezonans sınağı
* Kompüter tomoqrafiya
* Maqnetik rezonans arterioqrafiya
* Koronar arterioqrafiya

Sakitlik EKQ-da SS-in arzuolunmaz proqnozunun əlamətləri diqqətdə saxlanılmalıdır:
St seqmentinin depresiyası
Q dişinin mövcudluğu
Sol- ön hemiblok
Hiss dəstəsinin sol ayaqcığının tam blokadası

ExoKQ ilə qiymətləndirilən uzunmüddətli sağqalmanın əsas prediktorları

Sol mədəcik(SM) funksiyasının pozulması
SM –in hipertrofiyası


Koronar arterioqrafiyanın aparılmalı olduğu hallar:

1.Ciddi mədəcik tipli aritmiyalar və ya ürək dayanmasından sonrakı vəziyyət
2.Revaskulyarizasiyadan sonra təkrarlanan orta və ağır simptomlar
3.Daha əvvəl damarın proqnostik əhəmiyyətli nahiyəsində aparılan PKM
4.PKM-dən sonra restenoz ehtimalının yüksək olduğu hallar
5.Revaskulyarizasiya icra edilməsini tələb edən simptomlar


Aşağəda sadalanan İnstrumental müayinə nəticələrinin Xəstənin revaskulyarizasiyaya uyğunluğuna dəlalət edib-etməməsindən asılı olaraq düzgun müalicə taktikası vaxtında dəyərləndirilməlidir:
Sakitlik/stress EKQ
Sakitlik/stress ExoKQ
Təkfotonlu emission kompüter tomoqrafiya
Kompüter tomoqrafiya
Koronar arterioqrafiya

Müalicə istiqamətləri:

1.Qeyri-farmakoloji müalicə
2.Proqnozu yaxşılaşdırmaq üçün medikamentoz müalicə
3.Simptomlar və işemiyanın medikamentoz müalicəsi
4.Cərrahi və Perkutan koronar müdaxilə

1.Qeyri-farmakoloji müalicə
* Pasiyentin təlimləndirilməsi
* Rasional pəhriz(bədən çəkisini azaldılması, lipid mübadiləsi pozulmasının korreksiyası,Omeqa 3 yaq turşusu ilə zəngin qidalar-balıq yağı və s.)
* Tütün istifadəsinin qadağan olunması
* ЕћD, AH kimi yanaşı xəstəliklərin nəzarət altına alınması, anemiya və hipertireoidizm varsa – korreksiyası
* Erektil disfunksiyalı xəstələrə fosfodiesteraza inhibitorlarını(sidenafil, tadalafil, vardenafil)ehriyatla təyin etməli
* Hər bir xəstəyə fərdi, adekvat fiziki aktivlik proqramı seçilməlidir
* Psixoterapiya

2.Proqnozu yaxşılaşdırmaq üçün medikamentoz müalicə
* Antitrombotik dərmanlar
* Hipolipidemik dərmanlar
* AГ‡F inhibitorları
* Beta-blokatorlar

3.Simptomlar və işemiyanın medikamentoz müalicəsi

* Qısa və uzun təsirli nitratlar
* Beta-blokatorlar
* Kalsium kanal blokatorları
* Sinus düyünü inhibitorları(İvabradinin)
* Metabolik vasitələr(Trimetazidin)
* Digər vasitələr(vitaminlər, antioksidantlar, Omeqa-3 yağ turşuları)
пѓј
Medikamentoz müalicə üçün ümumi məsləhətlər:

* Dərmanlar hər bir xəstənin ehtiyacına gorə və fərdi nəzarət olunmaqla təyin olunmalıdır
* Kəskin simptomlarda qısa təsirli nitratlar təyin olunmalıdır
* Müxtəlif dərman qruplarının kombinasiyası antiişemik effekti artıra bilər
* Hər hansı bir dərmanın dozası digər dərman əlavə edilmədən optimallaşdırılmalıdır
* Birbaşa dərman kombinasiyasına keçmək məsləhətdir
* Dərman müalicəsinin uğursuzluğu zamanı xəstənin müalicə rejiminə əməl etməməsi barədə düşünülməlidir
* Optimal müalicə aparılmasına baxmayaraq simptomlarına kifayət qədər nəzarət edilməyən xəstələrin revaskulyarizasiyaya uyğunluğu araşdırılmalıdır.

4.Cərrahi və Perkutan koronar müdaxilə

Aorta-koronar şuntlamadan sonra proqnozun daha yaxşı olduğu hallar:
* Sol əsas kötüyün ciddi stenozu
* 3 böyük koronar arteriyanın ciddi proksimal stenozu
* SÖEA-nın proksimal seqmentində yüksək dərəcəli stenozun da daxil olduğu 2 böyük koronar arteriyanın ciddi stenozu
* Pozulmuş SM funksiyası ilə yanaşı 3 damar xəstəliyi

Profilaktika

* Modifikasiya olunan risk amillərinin nəzarətdə saxlanılması
* Sağlam həyat tərzi, normal BKİ
* Dislipidemiyaya görə vaxtaşırı yoxlanılma
* AH və ЕћD–nin adekvat və müntəzəm müalicəsi
* Г‡oxlu miqdarda ürək-damar riski olan şəxslərə aspirin(75 – 325mg/sut) təyini

Həkim-Xəstə əlaqələri və Xəstənin təlimatlandırılması

Xəstə,Həkim-Xəstə əlaqələrinin əhəmiyyəti və zəruriliyi haqqında təlimtlandırılmalıdır.
SS xəstəliyi və müalicəsi, fəsadları haqda məlumatlandırılmalıdır.
Döş qəfəsi ağrısı zamanı nitroqliserinin dilaltı istifadəsi tövsiyyə olunmalıdır.
Nitratların (və digər istifadə etdiyi dərmanların) əlavə təsiri və profilaktik istifadəsi izah olunmalıdır.
Kəskin Koronar Sindrom zamanı nə etməsi haqda təlimatlandırılmalıdır.
Fiziki aktivliyin faydası barədə təlimatlandırılmalıdır.
Alkoholun hədinddən artıq qəbulunun, tütünçəkmənin zərəri izah olunmalıdır.
Seksual fəaliyyət zamanı baş verən ağrının qarşısının alınması üçün əvvəlcədən nitroqliserin qəbulunun zəruriliyi izah olunmalıdır.







Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.