Ayaq Ağrıları

Haqqında

Ayaq Ağrıları 

AYAQ AĞRILARI
    Ayaqda olan ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü göstərə bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər və travmalar səbəbindən yarana bilər. Bu ağrılar iti, key və ya uzun sürən xarakterli ola bilər.
Ayaq ağrılarının əsas səbəbləri kimi - qan qatılığı, atreskleroz, tromboflyubit, onurğa xəstəlikləri, yaşla bağlı orqanizmdəki bəzi sistem xəstəlikləri, düzdabanlılıq, periferik sinir sistemi xəstəlikləri, əzələ iltihabı, müxtəlif infeksiyaları, aşağı ətrafların travmalarını göstərmək olar.
    Ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Bunun üçün tam kliniki müayinələrdən keçmək mütləq lazımdır.
   Ayaq damarlarında yaranan patologiyanın profilaktikası, ilk növbədə, ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.
    VİTAL ONURĞA BƏRPA MƏRKƏZİNDƏ ayaq ağrılarının müalicəsi üçün fizioterapiya, müalicəvi idman və s. mövcuddur.


Əlaqə (+994 12) 449-99-99 | E-mail: info@vital.az

Fotoqalereya

Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.