DİABETİK NEYROPATİYA

Haqqında

DİABETİK NEYROPATİYA
 
 
 
 
 
 
 
 
 
 
 
DİABETİK NEYROPATİYA
Diabetik ayaq xəstəliyi şəkərli diabet nəticəsində ayaqlarda sinir, damar zədələnməsi və immun sistemin zəifləməsi ilə əlaqədar çətin sağalan yara, qanqrena və ciddi mikrob infeksiyalarının əmələ gəlməsi ilə gedən xəstəlikdir.
    Normal, sağlam dərinin 1 kv.sm-də mikroorqanizm sayı 10 mindən çoxdur və onun əsas hissəsini stafilokokus aureus, stafilokokus epidermidis və streptokoklar təşkil edir. Həmin bakteriyalar ayaqda ən ciddi infeksiyalar törədə bilər. Amma sağlam dəri bu və ya digər bakteriyaların bədənə daxil olmasına şərait yaratmır. Ayaqda infeksiya ortaya çıxması dəridə mütləq bir giriş qapısı olduğunu göstərir. Ayaq dərisindəki çox kiçik zədələnmə, göbələk, infeksiya, dırnaq yarası, hətta ən kiçik çatlar da bakteriyaların tamlığı pozulmuş dəridən bədənə daxil olaraq çox ciddi ayaq infeksiyasının əmələ gəlməsinə səbəb ola bilər. Buna görə şəkər xəstələrinin ayağındakı hər hansı yara olması böyük təhlükədir.
Əsas əlamətləri - Ayaqda ağrı, toxunma, temperatur hissinin azalması və ya tamamilə itməsi, əsasən gecələr sümüklərdə hiss edilən zoqquldayıcı dərin ağrı, ayaqlarda, xüsusilə pəncədə və barmaq uclarında keyimə, yanma, qarışqa gəzməsi, iynə batırılması, elektrik vurması kimi hissiyyatlar, toxunma duyğusundakı anormal dəyişikliklər, ayaqlarda gücsüzlük, yorğunluq, əzələlərdə "arıqlama”, ayaq dərisində, xüsusilə də dabanda quruma, çatlar, ayaqda şəkil dəyişiklikləri-deformasiyalar baş verməsi, bəzən asimptomatik, yəni heç bir əlamətlərinn olmaması ayaqlardakı neyropatiyanın əlamətləri sayılır.
Aşağı ətrafların angiopatiyası və ya periferik arterial xəstəlik ayağa qan aparan damarların, yəni arteriyaların daralması və ya tutulmasıdır. Ayaqda donma hissi və onun soyuq olması, gəzərkən əmələ gələn və istirahət etməklə dərhal keçən ağrılar, ayaqlarda, xüsusilə də baldırda tez-tez qıcolmaların baş verməsi, ayaqlarda tüklərin tökülməsi, ayaq dərisini göyə çalan açıq bənövşəyi rəngdə olması ayaqlarda damar zədələnməsinin (angiopatiyanın) əsas əlamətləridir.
      Ayaqda yaraların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün ayaqqabı seçimi çox vacibdir. Diabetli xəstələrin ayaqlarının üşüdüyünü və ayaqlarını istilədəndə rahatlaşdıqlarını söyləyir və buna görə ayaqlarını isitqacla, radiatora, hətta sobaya yaxınlaşdırmaqla isitməyə cəhd göstərir, nəticədə təhlükəli yanıqlarla üzləşə bilərlər. Bəzi xəstələrdə ağrı hissiyyatı olmadığını nəzərə alsaq, bu, daha da dərin və təhlükəli yanıqlara səbəb ola bilər. Yanıqlar adətən dərindir. Yanan hissədə əvvəlcə suluq əmələ gəlir, daha sonra rəngi tündləşməyə başlayır, bir neçə həftədən sonra isə tamamilə qaralır. Ağrı hissini itirdikərinə görə xəstələr adətən, ayaqlarının yanmasını inkar edirlər.
Diabetlilərin ayaq dərilərində döyənək əmələ gəlmə ehtimalı daha çoxdur. Döyənək əmələ gəlmiş ayaq ayaqqabının içində çox qaldıqda kənarları sərt ortası dəlikli, tibbi dildə desək, neyrotrofik yaralar əmələ gələ bilər. Döyənəklərin müalicəsində dərhal cərrahi müdaxilə məsləhət deyil. Onun müalicəsində və profilaktikasında uyğun ayaqqabı və dabanlıqlardan istifadə olunmalıdır.
Diabet xəstələrində neyropatiyayla əlaqədar olaraq tər vəzlərinin zədələnməsi nəticəsində ayaq dərisinin tərləməsi azalır və dərinin qurumasına, çatların əmələ gəlməsinə səbəb olur. Bakteriyalar bu cür tamlığı pozulmuş dəridə infeksiyalaşmış yaranın əmələ gəlməsinə səbəb olurlar.
    Diabetik ayaq əmələ gəlmə ehtimalı periferik neyropatiyası, periferik arterial xəstəliyi, nefropatiya və ya retinopatiyası, qan şəkərləri yüksək, ayağında deformasiyası və yaşı 65-dən yuxarı olanlarda, eləcə də on ildən yuxarı şəkərli diabet xəstələrində daha yüksəkdir.
     Xəstəliyin müalicəsində antiseptik maddələri istifadə etmək olmaz. Sağlam dəridən fərqli olaraq hüceyrə və toxumaların yaşama qabiliyyəti azalmış diabetik yaralarda antiseptik maddələrin istifadəsi canlı toxumaların daha çox zədə almasına, hətta məhvinə səbəb ola bilər. Antiseptikləri istifadə etməklə mikrobları öldürmək əvəzinə canlı, yaranın sağalması üçün vacib olan toxumaları sıradan çıxarmaq təhlükəsi var. 
     Diabetik ayaq problemlərinin qarşısının alınması və müalicəsində ən əsas məsələ bir sıra qaydalara əməl etməkdir. Ona düzgün qulluq və qanda şəkərə nəzarət amputasiyaları 87 faizə qədər azaldır. Ən gözəl müalicə xəstəliyin qarşısını almaqdır.
Bunun üçün ilk növbədə ayaq təmizliyinə riayət etmək lazımdır. Ayaqlar hər gün ilıq su ilə yuyulur, xüsusilə barmaqların arası yuyulandan sonra yaxşıca qurulanır. Barmaqların arası istisna olmaqla nəmləndirici ayaq kremləri çəkilir. Hər gün daban və barmaqlararası nahiyəyə, ayağın üstünə və altına diqqətlə baxmaq lazımdır. Xüsusilə ayağın altını daha yaxşı görmək üçün güzgüdən istifadə edilməsi məsləhətdir. Hamamdan çıxandan sonra dırnaqları yumşaqkən düz kəsmək lazımdır. Dırnaqların kənarlarını iti saxlamaq təhlükəlidir, əks təqdirdə qonşu barmaqlar da zədələnə bilər.
Ayaqqabı seçimində isə geniş, ayağa rahat oturan, ölçüyə uyğun ayaqqabı seçilməli, ayaqqabılar corabsız geyinilməməli, tikişsiz, dar olmayan pambıq coraba üstünlük verilməlidir. Hündür dabanlı, ucu dar və çox açıq ayaqqabılar geyinilməməli, hər dəfə ayaqqabını geyinəndə içində yad cismin olub-olmadığı, bunun üçün içi diqqətlə yoxlanılmalıdır. Ayaqqabı alarkən onu günün ikinci yarısı seçmək daha yaxşıdır, çünki günün axırına doğru ayaqda şişkinlik artır. Ayaqqabının içi həftədə bir dəfə nəm, sabunlu parça ilə silinməlidir. Ayağı isitmək üçün isitqac, radiator, soba və ya digər istilik mənbələrindən istifadə edilməsi diabet xəstələrinin sinir zədələnməsinə, özləri də hiss etmədən ayaqlarında dərin yanıqların əmələ gəlməsinə səbəb olur. Ayaqda döyənək varsa, onu kəsməmək, döyənək üçün plastırlardan istifadə etmək lazımdır. Əlbəttə ki, ən vacib və mühüm məsələlərdən biri də qanda şəkərin normada saxlamaqdır.
  Bu ağırlaşmaların əmələ gəlməməsi üçün vaxtında ekstrakorparal müalicə (ozonterapiya və plazmafarez prosedurları aparılır), müalicəvi idaman, gəzinti  və maye qebulu məsləhətdir.


Əlaqə (+994 12) 449-99-99 | E-mail: info@vital.az

Fotoqalereya

Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.