Xroniki tonzillit

Xroniki tonzillit - damaq badamcıqlarının dayanıqlı xroniki iltihabıdır. Xəstələrin çoxunda angına halında residivləşən ağırlaşmalar, ümumi toksiko- allerqik reaksiyalar baş verir. Bu xəstəlik bir çox yerli və ümumi xəstəliklərin yaranmasına, orqanizimdəki müxtəlif potoloji proseslərin sürətlənməsinə səbəb ola bilər.

Etioloqiya

Xəstənin damaq badamcıqlarında ən çox hemolitik strepkokk, yaşıllaşan streptokok, enterokokk, streptokokk, adenoviruslara rast gəlir. Xəstəliyin yaranmasında yuxarı tənəffüs yollarınınn müdafiə funksiyasının zəifləməsi nəticəsində qeyri-potoqen saprofit floranın aktivləşməsi də mühüm rol oynayır.

Patoqenoz:

Xroniki tonzillitin yaranmasında təkrari anginaların baş verməsi mühüm rol oynayır. Həmcinin damaq badamcıqlarının anatomotopoqrafik və histoloji xusisiyyətləri bu xəstəliyin yaranmasına səbəb ola bilər. Ağız, burun və burunətrafı ciblərdəki xroniki xəstəliklər də xroniki tonzillitin inkişafına təkan verən faktorlardandır.

Diaqnoz: Xəstənin anamezinə, labarator və inustremental müəyinələrinə əsasən qoyulur.

Klinika:Klinik təzahürlər və şikayətlər xəstəliyin formasından asılıdır: Sadə forma ildə 1-2 dəfə baş verən anginalarla təzahür edir. İlin başqa vaxtlarında xəstə özünü yaxşı hiss edir.

Toksiko-allerqik forma I-- orqanizimdə müdafiə funksiyalarının pozulması ilə xarakterizə edilir. Bu formada sadə formadaki əlamətlərin olması ilə yanaşı intoksikasiya və allergiya simptomları, subfebril bədən hərarəti, həmcinin zehni yorğunluq, ümumi halsızlıq, ürək nahiyəsində ağrı hissi, toxikardiya, aritmiya, oynaqlarda ağrı kimi şikayətlər müşahidə edilir.

Toksiko-allerqik forma II -- bu formada orqanizimdə ümumi reaksiyalar, ürək, oynaq və böyrək nahiyələrində ağrılar, həmcinin ürək-damar, ifrazat sistemlərində, dayaq-hərəki apparatda müxtəlif variantda dəyişiliklər əmələ gəlir ki, bütün bunlar zədələnmiş badamcıqların toksiko-allerqik təsiri nəticəsində baş verir.

Müalicə:

1.Konservativ
2.Cərrahi
3.Lazeroterapiya


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.