Xroniki rinit

Burun boşluğunun yayılmış xəstəliklərindən biri də onun selikli qişasının
qeyri-spesifik, xroniki iltihabıdır. Onun aşağıdakı formaları var:

1. Kataral rinit
2. Hipertrofik rinit- məhdud diffuz
3. Atrofik rinit- sadə formazökəm

Xarici mühüt faktorlarının xoşakəlməz təsirləri burun boşluğunun selikli qişasının iltihabi xəstəliklərinin yaranmasına və onların xronikləşməsinə səbəb olur.

Xroniki rinitin əmələ qəlməsində orqanizmin umumi xəstəlikləri də əhəmiyyətli rol oynayır: ürək-damar, böyrək xəstəlikləri., alkoqolizm., siqaretçəkmə., mədə-bağırsaq sisteminin pozlunluğu və s. Yerli faktorlardan xuanaların adenoid veqitasiyaları ilə daralması, burunətrafı ciblərin irinli iltihabi xəstəlikləri, burun çəpərinin əyriliyi də bu prosesin yaranmasına səbəb olur.

Kataral və hipertrofik rinitlərdə burun tənəffüsünün çətinləşməsi selikli, selikli-irinli ifrazatın axımı, baş ağrıları, ağızda və ağız- udlaqda quruluq baş verir. Bir çox hallarda qoxu hissiyyatının azalması müşahidə olunur. Aşağı burun balıqqulağının hipertrofiyası (böyüməsi) nəticəsində eşitmə borusunun ventilyasiyasının pozulması başverir ki, bu da eşitmənin zəifləməsinə gətidib çıxarır.

Atrofik rinitdə isə xəstədə burunda quruluq, qabığın əmələ qəlməsi. burun tənəfüsünin pozulması. qoxu hisiyyatının aşağı düşməsi müşahidə olunur. Burundakı qabıqlar burada qaşınma hissinə səbəb olur və xəstə bunları əllə xaric etməyə çalışdıqda selikli qişa zədələnir ki, bu da periodik qanaxmalara, xoraların əmələ qəlməsinə və nəticədə də burun çəpərində perforasiyaya (deşilməyə) qətirib çıxarır.

Diaqnoz: xəstənin şikayatlərinə, anamnezinə, rinoskopiya və endoskopiya müayinələrinin nəticələrinə əsasən qoyulur.

Müalicə:
1. Yerli
2.Ümumi
3. Lazerterapiya
4.Cərrahi


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.