Süd dişləri

Dişlərin əmələ gəlməsi doğumdan əvvəl başlayıb, doğumdan sonrada davam edən prosesdir. 40 həftə davam edən hamiləlik dövrünün 3-cü həftəsində ilkin ağız ( stomedium ) əmələ gəlir. Dişlərin əmələ gəlməyə başlaması isə embrional həyatın 6-cı həftəsində baş verir. Süd dişlərin əmələ gəlməsi və başa çatması 6-12 aylar arasında davam edir. Əvvəlcə alt I, alt II, üst I, üst II olmaqla kəsicilər, 12-18-ci aylar arasında birinci böyük azılar, 18-24 aylar arasında ( süd ) köpək dişləri, 24-30 aylar arasında ikinci ( süd) azıları inkişaf edər. Körpənin 3 yaş tamamında süd dişlərin tamamı yəni 20 dişin hamısı ağız boşluğunda öz yerini tutur. Süd dişlərin çıxması müddəti körpələri biraz yoran və incidən müddətdir. Ağız mukozasında qızartı və qaşınma müşahidə olunur. Körpə məhz o bölgəni qaşımağa çalışır. Bu fizioloji proses zamanı o hissələrdə, yəni qaşınma bölgələrində histamin artışı müşahidə olunur. Г‡ox nadir hallarda olsa da, bəzən körpənin dişətlərində perikoronit müşahidə olunur. Bu özünü dişətlərində qırmızı şişkinlik, daha dəqiq desək dişçıxarma hematoması şəklində göstərir. Belə halla rastlaşdıqda barmaqla körpənin damaqları massaj edilir, bir neçə həftə ərzində diş çıxma başa çatar və körpə rahatlar. Süd dişlərinin çıxmasının ləngiməsi hallarıda baş verə bilər. Bu halla rastlaşdıqda isə cərrahi yolla ( insizyon ) müdaxilə edilir və diş çıxma davam edir. Dişçıxarma zamanı körpələrdə rast gəlinən bir çox diskanfort hallarda müşahidə olunur. Bunlar :
1. Göz yaşarması
2. Yanaqlarda dermatit
3. Yuxusuzluq
4. İştahasızlıq
5. Qızdırma
6. Г‡əki itirmə
7. Qusma
8. Diareya
9. Öskürək
10. Nəfəs yolları pozğunluqları kimi özünü göstərir.
Müalicə :
Müalicə olaraq körpələrə ağız qaşıyıcıları yararlıdır. Bu qaşıyıcılar dişçıxarmanın tezləşdirir, sürətləndirir. Bundan əlavə antihistanim tərkibli dərmanlar qısa müddət olmaqla istifadə oluna bilər. Qızdırma salmaq üçün isə parasetamol tərkibli dərmanlardan istifadə olunmalıdır.

Süd dişlərinin erkən və ya gec çıxması və səbəbləri :

Süd dişlərinin vaxtından öncə çıxması dentitio praecox, vaxtından gec çıxması isə dentitio tarta adlanır. Erkən dişçıxarma daha az rast gəlinir. Erkən dişçıxarmaya səbəb :
1. İrsiyyət
2. İnfeksion xəstəliklər
3. Endokrin pozğunluqlar
Bəzən doğuşdan həmən sonra dişçıxarma başlayır. Bu dişlərə neonatal diş adı verilir. Bu dişlərin kökü olmadığı üçün qısa müddətdə laxlama baş verir. Körpənin əmməsinə mane olduğu üçün bu dişlərin çəkilməsi daha məqsədə uyğundur.

Dişçıxarmanın ləngimə səbəbləri :

1. Dişçıxarma zamanı damarların yırtılmasından əmələ gələn hemotoma
2. Hamiləlik zamanı ananın aldığı radioloji müalicələr
3. Reteksion süd dişi
4. İrsiyyət ( Daun sindromu )
5. Avitaminoz ( D vitamini əksikliyi )
6. Hormonal pozğunluqlar


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.