Karies

Karies dişin sərt toxumalarının (mina,dentin,sement) zədələnməsi və tədricən dağılması diş tacında qüsurların əmələ gəlməsi ilə ilə gedən prosesdir.Bunun qarşısını qismən azaltmaq üçün dişlərin turşulara qarşı davamlılığını artırmaq tərkibi ftorla zəngin diş məcunlarından yumşaq diş fırçalarından istifadə və müntəzəm səhər axşam dişlərə düzgün qulluq edilməsi sayıla bilər.Həmçinin plombların dişlə sərhəddində də resediv (ikincili) karies əmələ gəlmə ehtimalı yaranır.Həmçinin qoyulmuş süni dişlərin (keramik, titan və qızıl )qapaqların düzgün kontakt yaradalımaması nəticəsində qonşu dişlərdə kontakt nahiyyədə karies yarana bilər.
Kariesin növləri
Kariesin ləkə mərhələsi
Kariesin səthi mərhələsi
Kariesin orta mərhələsi
Kariesin dərin mərhələsi
Sementin kariesi

Kariesin ləkə mərhələsi

Bu mərhələ dişin deminerallaşdığı nahiyyədə ləkə əmələ gəlməsi ilə xarakterizə olunur.Əsas zonanın yaranmasının səbəblərindən biri kimi diş toxumalarının mineral tərkibinin kalsium duzlarının itirilməsi hansıki dişin emalının tamlığının pozulması ilə nəticələnir.Xəstə tərəfindən heç bir şikayət olmur yalnız stomatoloji müayinə zamanı güzgü ilə baxış zamanı mina təbəqəsinin rənginin dəyişməsi müşahidə olunur.
Kariesin səthi mərhələsi
Səthi kariesin əlamətləri
Mina təbəqəsinin tamlığının möhkəmliyinin pozulması və yumşalması ilə müşahidə olunur.Ləkə olan nahiyədə minanın tamlığının pozulması nəticəsində struktur dəyişikliyi əmələ gəlir.İnfeksiyon xəstəliklər,revmatizm,vərəm,intoksikasiya zamanı səthi kariesin inkişafı sürətlə gedərək,orta və dərin kariesə keçmək ehtimalı olur.

ORTA KARİES

Həm mina, həm də dentin təbəqəsini əhatə edə bilir.Dentin kanalcıqlarına mikroblar daxil olaraq karies prossesinin sürətləndirilməsinə səbəb olur.İsti və soyuq temperatur,turş və şirin qidalar (qıcıqlandırıcılar) və nəhayət karies boşluğuna düşən qida qalığının kənarlaşmasına qədər ağrılar davam edirş

DƏRİN KARİES

Dərin kariesde diş toxumalarının qüsuru böyük olur.Rentgen müayinə zamanı kariesin sərhəddi diş pulpasına çox yaxın məsafədə olur.Həmçinin bu kariesdə də qıcıqlandırıcıların təsirindən ağrılar baş verir.Qıcıqlandırıcı səbəb aradan qaldırıldığı zaman ağrının qismən azalması baş verir, və nəhayət kariesin növlərinə sementin də kariesini əlavə etmeək olar.Bu növdə adətən dişin boyun hissəsində paradontoz zamanı (diş ətinin çəkilməsi) və diş səthində patoloji ciblərin yaranması zamanı baş verə bilər.

KARİESİN MÜALİCƏSİ

Kariesin müalicəsində yonulma zamanı ağrı hissiyyatı xəstədə psixo-emosional gərginliyə səbəb ola bilir.Buna görə ağrısız aparılan müalicə stomatoloji xəstələrin müalicəsində effektli nəticə verir.Əsaslı ağrısızlaşdırma həm xəstədə həm həkimdə psixo-emosional gərginliyi aradan qaldırır.Hər 6aydan bir stomatoloji müayinədən keçməklə siz dişlərinizdə olan karieslərin qarşısını tam və ya qismən ala bilərsiniz.


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.