Haymorit

HAYMORIT-sinusitlərin bir növü olub, üst cənə cibinin iltihabıdır.

SƏBƏBLƏRİЧѓ
-kəskin respirator infeksiyalar
-allergiya
-göbələk
-diş xəstəlikləri
-xroniki faringit
-xroniki tonzillit
-cəpər əyriliyi
-adenoidlər

Haymor cibləri əng sümüyünün boşluqlarıdır. Bu ciblər göz yuvası, burun və ağız boşluğu arasında yerləşir. Burun boşluğu ilə sağ və sol ciblər birləşir. Haymor cibi daxildən selikli qişa ilə örtülüdür. Burada əmələ gələn selik burun boşluğu ilə xaric olur. Seliklə bərabər mikroblar da xaric olur.
Kəskin haymorit zamanı haymor boşluğunun dəliyinin tutulması baş verir. Nəticədə boşluq daxilində toplanan selik iltihaba səbəb olur. Daxildəki möhtəviyyat daxili təzyiqi artıraraq ağrılar yaradır. Bu, kəskin respirator infeksiyalar, xroniki rinit fonunda baş verə bilər. Bu zaman burnun selikli qişası ödemləşir və iltihablaşır.

KƏSKIN HAYMORITIN ƏLAMƏTLƏRIЧѓ
-ümumi zəiflik
-burun tutulması
-asqırma
-baş ağrıları
-üz nahiyəsində ağrılar (ağrılar alına, burun əsasına. diş nahiyəsinə irradiasiya edir)
-göz qapaqları ödemləşir, qızarır
-iy bilmə pozulur
-bir və ya ikitərəfli selik ifrazı
Kəskin haymorit 2-3 həftə davam edir.Kəskin haymorit müalicə olunmazsa xroniki haymoritə keçir.
Xroniki qaymoritdə xəstələr baş ağrılarından,göz dibində olan ağrılardan şikayət edirlər. Səhərlər göz qapaqları şişir. Burunla nəfəsalma çətinləşir. Iybilmə itir.

AĞIRLAЕћMALARI:
-meningit
-ensefalit
-oftalmit
-frontit v s.

DİAQNOZЧѓ
-rentgen müayinəsi
-kompyuter tomoqrafiya

MÜALICƏSİ
Vaxtında və düzgün aparılan konservativ müalicə müsbət effekt verir. Müalicədə antibiotiklərdən,iltihab əleyhinə preparatlardan,damardaraldıcı damcılardan,allergik ,göbələkəleyhinə dərmanlardan istifadə olunur.Haymoritin xroniki formalarında iynə ilə haymor boşluğunun sanasiyası aparılır.


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.