OTOPLASTIKA

 OTOPLASTİKA
 
 
 

 
Qulaqların plastikası qulaq seyvanının ölçüsü və yerləşməsində olan anadangəlmə və qazanılma qüsurları korreksiya, eyni zamanda qulaq seyvanı tam olaraq inkişafdan qalarsa və ya itirilərsə bərpa etməyə imkan verir. Qulaq seyvanının düzgün yerləşməsinin korreksiyası plastik cərrahiyədə ən çox rast gəlinən əməliyyatlardan biridir. Bu əməliyyatı yerinə yetirən cərrah xəstənin fiziki nöqsanla bərabər psixoloji diskomfort hissindən də azad etmiş olur. 

Göstərişlər. Qulaq seyvanı eşitmə orqanının bir hissəsi olmaqla bərabər böyük estetik əhəmiyyətə malikdir. Qulağın formasınını və ya üzün digər hissələrinə nisbətən yerləşməsinin düzgün olmaması insanın xarici görünüşünə mənfi təsir göstərir. Fiziki qüsur insanın psixoloji durumunda da əks olunaraq komplekslərin yaranmasına səbəb olur. Bu səbəbdən qulaq seyvanında olan qüsurların plastik cərrahiyənin köməyi ilə korreksiyasının mümkün və vacib olduğu aydın olur. Qulaq seyvanı qüsurlarının müxtəlif növ və dərəcədə olması cərrahdan hər bir xəstəyə individual yanaşma tələb edir. Cərrah xəstəyə individual yanaşmazsa əməliyyat nəticəsində bir qüsur digərinə çevrilə bilər. 

Keyfiyyətli otoplastika əməliyyatının daha bir vacib şərti simmetriyadır. İstər bir istərsə də hər iki qulaqda aparılan otoplastika əməliyyatı zamanı simmetriya prinsipinin qorunması ən ümdə vəzifə olur. Bundan ötrü cərrahdan böyük təcrübə və yüksək peşəkarlıq tələb olunur. 
Qulaq seyvanları 6-7 yaşınadək tam formalaşmış olduğundan otoplastika əməliyyatının bu yaşdan sonra aparmaq lazımdır. 

Əməliyyat. Otoplastika əməliyyatlarının mahiyyətini qulaq qığırdağının modelləşdirilməsi təşkil edir. Əməliyyat ümumi bəzən isə yerli anesteziya ilə olur. Bir sıra hallarda yerli anesteziyaya üstünlük verilir. Kəsik xətti qulaq seyvanının arxa səthindən keçir və çapıqlaşma sona çatdıqdan sonra nəzərə çarpmır. Dəridə kəsik aparıldıqdan sonra qulaq seyvanı qığırdağı ehtiyatla götürülür və modifikasiya olunur. modifikasiya qulaq seyvanının təbii burum əmələ gətirilməsinə və yeni istiqamətdə qoyularaq qulaq seyvanı ilə ənsə nahiyyəsi arasındakı bucağın kiçildilməsinə yönəldilir. Yara tikildikdən sonra qulaq seyvanlarının ön səthinə tənzif yastıqcıqlar qoyularaq qulağın yeni formasının yaranmasına yardım olunur. Əməliyyatdan sonra başa sirkulyar sarğı qoyulur.

Əməliyyatdan sonrakı dövr. Əməliyyatdan sonra cüzi ağrı ola bilər, bu ağrı 1-3 sutka davam edərək hətta ən yüngül ağrıkəsicilərin təsiri ilə keçir. Əməliyyatdan sonra 12-14 gün ərzində sarğı müntəzəm bir qayda olaraq 3-4 gündən bir dəyişilir. Sarğını dəyişərkən həkim yaranın sağalmasının gedişatına, yastıqcıqların vəziyyətinə, şişkinliyin dərəcəsinə və əməliyyatdan sonrakı infiltrasiyaya fikir verir.Bu dövrdə fiksasiya edici və qoruyucu funksiya daşıyan sarğının daimi saxlanması vacibdir. Bu dövrün sonunda yastıqcıqlar götürülür. Qulaq seyvanı arxasındakı kəsik adətən özü sovrulan saplarla tikildiyindən, tikişi sökmək lazım gəlmir.Yastıqcıqları çıxartdıqdan sonra 2 həftə müddətinə sarğı qalmalıdır, bu qulaq seyvanlarının başa eyni bucaq altında və kifayət qədər sıx yaxınlaşmasını təmin edir. Elastik tennis lenti sarğı rolunu yaxşı oynaya bilər. Qulaq qığırdaqları sərt olarsa, sarğını daha 2-4 həftə ərzində gecə yuxusu zamanı saxlamaq məsləhət görülür. 

Effektivliyi. Otoplastikanın nəticəsi sabit və ömürlük olur. Zaman keçdikcə qulaq qığırdaqlarınını cüzi sərtləşməsi müşahidə olunur. Eyni zamanda, qulaq seyvanlarının havanın temperatur dəyişikliklərinə həssaslığı arta bilər.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44

 
 
 
 
[media=]


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.