İmplantasiya əməliyyatı

İmplantat əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplantlardan bir və ya daha çox dişləri əvəz etmək üçün istifadə olunur. Hansısa səbəbdən asılı olmayaraq itirilmiş dişlərin yerini implantasiya etmək olar. Əsas məhdudiyyət mövcud sümük miqdarıdır. Bunu həkim-implantoloq özü müəyyən edir. İmplantların üstünlükləri çoxdur. Г‡əkilmiş dişlərin yeri implantasiya olmaqla qonşu dişlər yonulmaqdan qurtulur. Artıq bir dişə görə iki diş qurban verilmir. Digər bir problem çıxan protezlərin ağızda kip durmamağıdır. Bu problemdə implant vasitəsilə aradan götürülür. Sadaladığımız bu və başqa ağız boşluğu problemlərin həllində implantların böyük rolu var. Bütün implantasiya əməliyyatları tam ağrısız şəraitdə həyata keçirilir. İmplantalogiya elmi müasir stomatologiyanın ən uca zirvəsində durur. Bu elmdən istənilən qədər danışmaq olar.

İmplantasiya əməliyyatı tam ağrısız şəraitdə həyata keçirilir.


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.