Doğuş zalı - sizin körpənizin dünyaya gəldiyi məkandır. Siz buranı ömrünüz boyu yaddan çıxarmayacaqsız. Doğuş sancıları və ana olmaq sevinci doğuş zamanı biri-birini tamamlayan ziddiyyətli hisslər yaradır. Doğuşunuzun həm ana həm də körpə üçün əziyyətsiz, travmasız keçməsini təmin etmək üçün bizim həkimlərimiz və tibbi personalımız 24 saat sizin yanınızda olacaq. Təcrübəli mama-ginekoloqlarımız və doğuşa yardım komandamız sizə, doğuşunuzu həyatınızın ən sevincli və gözəl hadisəsi kimi yadda qalması üçün əllərindən gələni edəcəklər.