Doğum evini necə seçək?

Doğuş vaxtı yaxınlaşdıqca valideynlər doğum evini seçmək problemi ilə qarşılaşırlar. Bəzi qadınlar hamilə qaldığı gündən bu problemin həllini axtarıb tapır. Əksəriyyət isə doğuşa azqala iki həftə qalmış doğum evini müəyyən edir.



Doğum evini seçərkən qeyd olunan faktlara diqqət etmək lazımdır:

1. Doğuşönü şöbənin şəraitinə fikir vermək: palatanın təmizliyinə , rahatlığına , neçə nəfərdən ibarət olmasına , şöbədə hansı tibbi personalın olmasına



2. Doğuş zalının şəraitinə diqqət etmək: xəstəni ağırlaşma hallarında vəziyyətdən çıxarmaq üçün lazım olan aparutarının olmasına, doğuşun normal , ağrısız aparılması üçün şəraitin olmasına



3. Doğuşdan sonrakı şöbədə şəraitin olmasına fikir vermək: palatanın vəziyyətinə, körpənin palataya gətirilməsinin mümkün olmasına , hər palatada duş və tualetin olmasına, tibbi personalın savadlı və qayğıkeş olmasına , palatanın neçə nəfərdən ibarət olmasına



4. Uşaq şöbəsinin şəraitinə fikir vermək: tibbi personalın uşaqlara qayğı ilə yanaşmasına, otağın təmizliyinə, temperaturuna və s.



5. Neonatoloqların təcrübəli olması ilə maraqlanmaq . Г‡ünki bütün uşaqlar sağlam doğulmur. Doğum evində savadlı neonatoloqların olması çox önəmlidir.



6.Doğum evinin cərrahiyyə blokunun vəzilləti, avadanlıqlarının müasir tələbatlara cavab verməsi, həkim anestezioloqlarının profesionallığı ilə maraqlanmaq, unutmamaq lazımdır ki, təbii doğuş planlaşdırılmadan belə keysəriyyə əməliyyatına keçə bilər.



7. Müxtəlif xəstəlikləri (şəkərli diabet,ürək-damar ,rezus-konflikt və s.) olan hamilələr xəstəlikləri ilə əvvəldən həkimi məlumatlandırmalıdırlar ki, əvvəlcədən ixtisaslaşmış həkimlər doğuş zamanı baş verə biləcək ağırlaşmanın qarşısını almağa hazır olsunlar.



8.Xəstəxananın reytinqinə fikir vermək(düzdür bəzi hallarda bu tam obyektiv olmur.)



9.Həkimin reytinqinə fikir vermək (düzdür bəzi hallarda bu tam obyektiv olmur.)




online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.