Burun çəpərinin əyriliyi

Burun çəpərinin əyriliyi-Burun çəpərinin qığırdaq və ya sümük hissəsinin orta səthdən dayanıqlı şəkildə sola,sağa və ya S-vari əyilməsidir.

Etiologiya:Burun çəpəri əyriliyi posttravmatik, fizioloji, patoloji və s. səbəblərdən yarana bilər.
Klinika: burun çəpərinin deformasiyası ümumi burun keçəcəyinin daralmasına və hava axımının burun boşluğunda dövr etməsinin çətinləşməsinə səbəb olur.

Xəstənin əsas şikayəti burun tənəffüsünün pozulması, burunda tutqunluq hissi, bəzən burundan selikli və selikli-irinli ifrazatın gəlməsilə xarakterizə olunur. Bir çox hallarda periodik baş ağrıları, udlaqda quruluq, qulaqda tutqunluq və küy, qoxu hissiyyatının azalması halları müşahidə olunur. Burunətrafı ciblərin aerasiyasının aşağı düşməsi zədələnmə olan nahiyədə onların iltihabına gətirib çıxara bilər. Burun çəpərinin deformasiyası zamanı burun çəpərinin əyri hissəsinin əks tərəfdə burunun lateral (bayır) divarına təzyiq göstərməsi nəticəsində selikli qişa qıcıqlanır ki, bu da reflektor olaraq baş ağrılarına səbəb olur. Burun çəpərinin əyri hissələrinin təzyiqi nəticəsində vazomator rinit yarana bilir, bu da prosesin eşitmə borusuna və orta qulağa keçməsinə səbəb ola bilər.

Diaqnostikası: Xəstənin şikayətlərinə, anamnezinə və rinoskopik müayinəsinə əsasən diaqnoz qoyulur.

Müalicəsi: Yerli infiltrasion anesteziya və ya narkoz altında cərrahi yolla aparılır. Bu əməliyyat septoplastika adlanır.

Əksər hallarda burun çəpərinin əyriliyi aşağı burun balıqqulaqlarının kompensator hipertrofiyasına (böyüməsinə) gətirib çıxarır. Bu zaman aşağı burun balıqqulaqlarının lazerlə distruksiyası (yandırılması) və ya onların hissəvi rezeksiyası (kəsilməsi) əməliyyatları icra olunur.

Vital klinikasında burun çəpəri,həmçinin digər LOR orqanlarının lazerlə ağrısız, qansız cərrahiyyə əməliyyatları təcrübəli həkimlər tərəfindən müvəffəqiyyətlə icra olunur.


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.