Burun travmaları

Burun travmaları ən çox uşaqlarda baş verir. Oğlanlar qızlara nisbətən 2 dəfə çox halda sınıq burunla xəstəxanaya düşürlər. Əsasən 10-12 yaş arası dövr ən aktiv, narahat yaş dövrüdür. Daha böyük uşaqlar özlərinə qarşı diqqətlidirlər. Onların sümükləri də daha möhkəmdir.14-15 yaşlı uşaqlarda travmalar əsasən dava nəticəsində və ya idmanın döyüş növünün düzgün olmayan təlimi zamanı yaranır.

NƏ ETMƏK LAZIMDIR?
-Yüngül travmalarda (səthi sıyrıntılar, yüngül əzilmələr) ilk yardım evdə göstərilə bilər: zədələnmiş yer sabunlu su ilə təmizlənməlidir, əzilmiş yerə buz qoyulmalıdır. Əgər yara qanayırsa, onda həmin yeri 3-5 dəqiqə müddətində 3%-li hidrogen peroksidli tamponla sıxmaq lazımdır.
-Burun sümüyü və burun çəpərinin sınığı ilə müşahidə olunmayan qanaxmaları öz gücünüzlə saxlamağa təşəbbüs göstərmək (burun yoluna hidrogen peroksid və ya soyuq su ilə isladılmış sıx tənzif və ya pambıq tampon qoymaq) lazımdır. Əgər qanaxma güclüdürsə, göstərilən səy nəticəsində dayanmırsa, onda dərhal təcili yardım çağırmaq lazımdır.
-Burun sümüyünün və burun çəpərinin sınmasına şübhə varsa dərhal bu sahə üzrə ixtisaslaşmış klinikaya müraciət etməlisiniz.

TƏHLÜKƏLİ SİMPTOMLAR
Burun sümüyü və burun çəpərinin sınmasına şübhə olarsa, travmaya və onun ağırlaşmalarına uyğun olan əlamətlərə diqqət yetirmək lazımdır.
1.güclü qanaxma. Burnun selikli qişasının sümük sınıqları ilə birgə zədələnməsi zamanı ola bilər.
2.gözyaşı ifrazı. Göz yuvasının və gözyaşı xaric edən yolların birgə travması zamanı yarana bilər.
3.onurğa beyni mayesinin xaric olması. Yuxarı burun yollarına birləşən xəlbirəbənzər sümüyün sınığı zamanı müşahidə olunur.
Mütəxəssis olmayan insana gözyaşını axan onurğa mayesi ilə fərqləndirmək çətin olur, ona görə burundan axan şəffaf və ya qanla qarışmış ifrazat zamanı ayıq olmaq lazımdır. Belə hallarda tez bir zamanda bu sahə üzrə ixtisaslı yardıma müraciət etmək lazımdır.

Burun çəpərinin sınığı
Burun travması ödemlə müşahidə olunduğundan, həkimlər cərrahi əməliyyatı həmin gün apara bilmirlər, ona görə də müalicə həmişə konservativ terapiya ilə başlanır. Bundan başqa burun travması beynin zədələnməsi ilə müşahədə oluna bilər, bu zaman cərrahi əməliyyat aparmaq məqsədəuyğun deyil, ona görə də bir neçə gün fasilə vermək - vacib şərtdir.
Burnun üst sümüyü sınıq olmadan, sadəcə zərbdən bata bilər. Bu sümük sına bilər, lakin tam yox, o, söyüd budağı kimi sınır: sınıq birtərəfli olur, digər tərəf isə zədələnməmiş olur. Belə sınıqlar əsasən uşaqlarda olur, ona görə ki, onların sümük toxumasında elastik liflər böyüklərinkindən çoxdur. Hər bir halda burunla nəfəsalmanı və burnun xarici görünüşünü bərpa etmək üçün sınmış sümüyü yerinə qoymaq lazımdır.

Belə əməliyyatlar 2 yolla aparılır:
1.Köhnə üsul-hələ də bəzi xəstəxanalarda aparılır. Köhnə metod yerli anesteziya ilə, xüsusi alətlə aparılır. Bu zaman sümük alətlə qaldırılır və aşağıdan sıx tənzif tamponla fiksə edilir. 2 gündən sonra tamponu çıxarırlar. Elə hallar olur ki, sümük yenidən düşür.
2.Yeni üsulda- ümumi anesteziyadan istifadə olunur. Hal -hazırda sübut eolunmuşdur ki, fiksəedici tamponlara əslində ehtiyac yoxdur. Əsas odur ki, sümük düzgün yerinə qoyulsun. Г‡ünki sümüyün ətrafında onu yerindən tərpədə bilən əzələ yoxdur. Ümumi narkoz altında aparılan əməliyyat zamanı sümüyün yerinə qoyulması prosesi çox rahat olur: xəstə heçnə hiss etmir, qorxu keçirmir, cərrahın işinə mane olmur. Bu zaman deşikli rezindən ibarət xüsusi kiçik tamponlardan istifadə olunur. Onun daxilində mayeni özünə hopduran tənzif yerləşir .O, sıx tənzif tamponlardan fərqli olaraq burnun selikli qişasını zədələmir və bu tamponlar qoyulan zaman sağalma prosesi tez gedir.1 ay müddətində zədələnmiş yerdə burnun üst sümüyünü möhkəm bərkidən sümük döyənəyi əmələ gəlir.

BURUN Г‡ƏPƏRİNİN ƏYİLMƏSİ
Travma zamanı burun çəpərinin əyriliyinə sümük sınığına nisbətən nadir hallarda rast gəlinir. Amma çəpər əyriliyinin bərpası əməliyyatı daha çətin keçir. Bu cərrahi əməliyyatı bizim xəstəxanalarda köhnə üsulla-1901 -ci ildə işlənmiş Killian üsulu ilə aparırlar. Əyrilik olan nahiyyənin selikli qişası üzərində həkim skalpellə kəsik aparır, deformasiya olunmuş nahiyyəni kəsib götürür. Sonra tənzif tamponla selikli qişanı sıxır. Tampon 5 gün qalır.
Problem ondadır ki, burun çəpərinin qığırdağı hər iki tərəfdən qığırdaqüstlüyü ilə örtülüdür. Bunun hesabına qığırdaq böyüyür və onun üzərində selikli qişa yerləşir. Qığırdaqüstlüyünün qığırdaqla birgə kəsilib götürülən nahiyəsində daimi hava axınının təsiri nəticəsində selikli qişa qurumağa başlayır. Onun üzərində dəliklər yaranır, bunlar da tədricən böyüyür. Bu zaman qığırdaq yeyilir və dağılır. Belə hallarda yaranan dəlikləri bağlamaq üçün təkrar cərrahi əməliyyat tələb olunur.
Hal-hazırda çəpər əyriliyini düzəltmək üçün az travmatik üsullardan istifadə olunur. Məsələn, mikroskop və endoskopik üsullarla aparılan cərrahi əməliyyatlar. Həkim burun boşluğuna nazik optik liflərdən ibarət borucuq yeridir. Bu borunun daxilində optik lif və yaranan təsviri monitorun ekranına göndərən videokamera quraşdırılmışdır. Yeni üsulda qığırdağın əyilmiş nahiyəsinə selikli qişanı zədələməyərək çatmaq olur. Kəsik burun dəliyinin girəcəyində dəri qatında aparılır. Toxumaları kənara çəkirlər, qığırdağın deformasiya olunmuş hissəsini kəsib götürürlər, xüsusi aparatla düzəldirlər və yerinə qoyurlar. Burun arakəsməsini hər iki tərəfdən silikon lövhəciklə sıxırlar və fiksasiya üçün tikirlər. Burun dəliinin girəcəyində balaca kosmetik tikiş qoyurlar. Bir həftədən sonra silikon lövhəcikləri çıxarmaq olar. Burun çəpəri düzəlir, selikli qişa zədələnmir, iltihablaşmır, burun tənəffüsü bərpa olur.

Burun travmalarını harada müalicə edək?
Burun travmasını ən yaxşı otolarinqologiya şöbəsi olan klinikada müalicə etmək lazımdır. Burun sümüyünün və burun çəpərinin sınığı diaqnozu rentgen vasitəsi ilə qoyulur.
Bu cür travmalar tək kosmetik cəhətdən təhlükəli deyil. Travma nəticəsində burun yollarının diametrinin dəyişməsi adətən vazomator rinitin inkişafına səbəb olur. Burun yollarından birinin daralması zamanı uşağın baş beyninə selikli qişada yerləşən sinir-reflektor uclar vasitəsi ilə narahatlıq (məsələn iltihab zamanı) haqqında siqnal ötürülür. Bununla əlaqədar reflektor olaraq zökəmə bənzər selikli maye ifraz olunmağa başlayır. Belə zökəm insanı bütün həyatı boyu narahat edə bilər. Bəzən belə hallarda xəstəyə səhvən allergik rinit bdiaqnozu qoyulur və uzun müddət , effekti olmayan müalicə aparılır.
Əgər travmadan sonra vaxtında korreksiya aparılarsa heç bir şey baş verməz.
Cərrahi əməliyyat lazım olduqda, travmadan sonra (ödem keçənə qədər) xəstəxana seçmək üçün valideynlərin 7-10 gün vaxtı olur.

Klinika seçiminin kriteriyaları:
-hansı xəstəxanada burun çəpərinin cərrahi əməliyyatının ümumi narkoz altında aparılmasını öyrənin. Bu ona görə lazımdır ki, bu cür LOR-şöbələrində xüsusi hazırlanmış anestezioloqlar olur, həkimlər müasir metodika ilə işləyirlər, cərrahi əməliyyatı keyfiyyətli və uşaq üçün komfortlu şəkildə aparmağı bacarırlar və nəticədə sağalma tez bir zamanda baş verir.
-Seçdiyiniz xəstəxanada cərrahi əməliyyatların (o cümlədən uşaqlarda ) tez-tez aparılması ilə maraqlanın.
-Burun çəpəri əməliyyatının mikroskop altında və ya endoskopik metodla aparılması daha məqsədəuyğundur.

Burun travması nəticəsində burnunuzda əyilmə, böyümə, deformasiya yaranıbsa VİTAL KLİNİKA-nın plastik cərrahiyyə mərkəzində siz burnunuzu nəinki əvvəlki vəziyyətinə qaytara bilərsiz, hətta əvvəlkindən də gözəl bir burun əldə edə bilərsiz.


online reservation

Before coming to the clinic to, at the appropriate time and the queue range of services Pre-register online and take advantage of the services at the appropriate time without waiting in the queue.