Yenidoğulmuş körpənin tənəffüsü
Fizioloji yetkin uşaq anadan olandan bir dəqiqə sonra qışqıraraq ilk dəfə nəfəs alır. Əgər diri doğulmuş uşaq (ürək döyünməsi eşidilən) tənəffüs etmirsə və ya tək-tək ardıcıl olmayan tənəffüs hərəkətləri edirsə, bu asfiksiyanı, boğulmanı göstərir. Əksər hallarda asfiksiyanı müxtəlif yollarla aradan götürmək mümkün olur. Lakin onun nəticələri olaraq tənəffüs və qan dövranı pozğunluqları əmələ gələ bilər. Asfiksiya ilə doğulan bütün uşaqlar ciddi həkim müayinəsindən keçməlidirlər.
Uşaq anadan olarkən dəqiqədə 40-60 dəfə tezliyi ilə, 1 yaşında isə dəqiqədə 30 dəfə tezliyi ilə nəfəs alır. Böyüklər normada dəqiqədə 18 dəfə tezliyi ilə nəfəs alırlar.