Əyriboyunluq
Bu anadangəlmə əzələ qüsuru qızlarda daha tez-tez təsadüf edilir. Anadangəlmə əzələ əyriboyunluqda uşağın başı qeyri-təbii olaraq yana əyilmiş olur. Buna səbəb qulaq nahiyyəsindən başlayaraq körpücük sümüyünə gedən əzələnin defektidir. Başı yana əyərkən bu əzələ daha qabarıq şəkildə gözə çarpır.
Bu qüsurun vaxtında müalicə edilməməsi üz sümükləri, onurğa, çiyin qurşağının inkişafdan qalmasına səbəb olur. Buna görə də əyriboyunluğun müalicəsi körpənin 2 həftəliyindən etibarən başlanmalıdır.
Körpəni elə uzatmaq lazımdır ki, işıq gələn tərəf və oyuncaqlar boynun sağlam tərəfində olsun. Bu zədəli tərəf əzələlərin dartılmasına və məşq edilməsinə səbəb olur. Körpələrə masaj, xüsusi gimnastik hərəkətlər və fizioterapevtik müalicə təyin edilir. Müalicə effekt vermədikdə uşağa cərrahi əməliyyat tətbiq olunur.