Apqar şkalası
1952-də anestezioloqların 27-ci konqresində amerikalı həkim-anestezioloq Virciniya Apqar yenidoğulmuşun həyatının ilk dəqiqələrində onun vəziyyətini qiymətləndirməyə imkan verən sistemi rəsmi olaraq təqdim etdi. Bu sadə üsul yenidoğulmuşun ümumi vəziyyətini tez qiymətləndirməyə və reanimasion tədbirlərə ehtiyac olub-olmadığını müəyyənləşdirməyə imkan verir.
Şkalada 5 meyyarın qiymətləndirilməsi nəzərdə tutulur;hər bir meyyar 0-dan 2-dək qiymətləndirilir.Nəticə 0-10 bal diopazonunda olur.Bu test uşağın həyatının 1-5-ci dəqiqələrində olunur və çox aşağı olarsa, az sonra təkrarlana bilər. 3 baldan az nəticə yenidoğulmuşun vəziyyətinin kritik, 7 baladan yüksək nəticə isə normal olduğunu göstərir. 5 bal almış uşaq 7-10 bal almışlara nisbətən daha diqqətlə müşahidə olunmalıdır. Anadan olandan dərhal sonra 5-6 bal, sonradan isə 7-10 bal almış körpələr, sağlam körpələr kateqoriyasına keçir. Qeyd etmək lazımdır ki, ideal 10 bal nadir hallarda müşahidə olunur.
Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44