Doğuşun ağrısızlaşdırılması
Doğuşlar hər zaman müxtəlif dərəcəli ağrılarla müşayiət olunurlar. Hər bir qadın bu ağrıları müxtəlif cür qəbul edir. Əgər qadın doğuşa psixoloji cəhətdən düzgün hazırlanmış olarsa, bu ağrılar onun üçün xeyli yüngül keçirilmiş olar. Bu işdə hamiləliyin gedişinə nəzarət edən həkimin və hamilələr üçün təşkil edilən xüsusi qrup şəkilli məşğələlərin də böyük köməyi ola bilər. Doğuşun hamiləliyi aparan həkim tərəfindən aparılması daha məqsədə uyğun hesab edilir. Г‡ünki hamiləlik dövründə həkim ilə hamilə qadın arasında qarşılıqlı anlaşma və inam yaranmış olur.
Doğuş zamanı ağrısızlaşmanın aparılması təbabətdə xeyli müddətdir ki, tətbiq edilir. Doğuşun ağrısızlaşdırılmasının bir neçə növündən istifadə olunur:
1.Ana və uşaq üçün təhlükəsiz hesab edilən dozalarda analgetiklərdən (əksər hallarda promedol) istifadə edilməsi. Doğuş zamanı bu üsuldan yalnız 1 dəfə istifadə edilməsinə icazə verilir. Bu zaman ağrı tam şəkildə keçməsə də 1-1,5 saat ərzində xeyli azalmış olur.
2.İnhalyasiya ağrısızlaşdırma. Doğuş tutmaları arasındakı fasilələr zamanı qadın qaz qarışıqlarından (əksər hallarda azot oksidi və oksigen) istifadə edilmə nəfəsalma aparatı ilə nəfəs almaqla ağrılarını azaltmış olur.
3.Epidural anesneziya (ağrısızlaşdırma). Hazırda doğuş zamanı daha çox bu üsuldan istifadə olunur. Bu zaman ağrıkəsici maddə bel nahiyyəsində, onurğa beyini əhatə edən sərt beyin qişasıönü sahəyə yeridilir. Belə halda ağrı tam şəkildə yox olur, doğan qadın beldən aşağı bədənini hiss etmir, doğuş isə öz axarı ilə getmiş olur. Epidural anesteziyanın daha bir müsbət cəhəti ondan ibarətdir ki, ağrıkəsici maddə uşaqlıq boynunu yumşaldaraq onun daha sürətlə açılmasına səbəb olur. Nəticədə doğuş ana və körpə üçün daha az travmatik olur. Ağrıkəsici maddə ana və körpəyə çox da mənfi təsir etmir. Epidural anesteziyanın fəsadlarından: doğuş fəaliyyətinin nisbi zəifliyi, anada bel nahiyyəsində və baş ağrıları (onlar adətən tez bir zamanda yox olur).
Hər bir qadın doğuş zamanı ağrıkəsicilərdən istifadə edilib-edilməməsində tam sərbəstdir. Lakin qadını doğuşa həm fiziki həm psixoloji düzgün hazırlanarsa ona heç bir ağrıkəsicinin tətbiq edilməsi lazım gəlməz və doğuş travmasız, əziyyətsiz başa çatar.