Dölün xaric edilməsi
Bəzən körpənin doğulmasına köməklik göstərmək məqsədi ilə maşa tətbiq edirlər.
Mama maşaları dölün başını fiksə etməklə onun doğuş yollarından çıxarılması üçün nəzərdə tutulan ginekoloji alətdir.
Mama maşalarından yalnız uşaqlıq boynu tam açıldıqda, dölün başı uşaqlıq yoluna daxil olduğu halda istifadə etmək olar.
Uşaqlıq yolundan dölü məcburi şəkildə aşağıdakı hallarda xaric edirlər: gücvermələr effektsiz olduqda; ananın və ya dölün vəziyyətində müəyyən pozğunluqlar aşkar edildikdə; döl sarğı gəlişi ilə gəldikdə; doğuş vaxtından əvvəl olduqda.
Maşa qoyulmasından ananın və uşağın maraqları naminə (ağır nefropatiya, doğuş fəaliyyətinin döl xaric olarkən zəifləməsi, döldə oksigen azlığı) doğuşu tez başa çatdırmaq məqsədi ilə istifadə edirlər. Bu əməliyyat narkoz altında aparılır.
Həkim maşa ilə uşağın başını tutaraq ehtiyatla onu bayıra çəkir. Bu zaman gücvermələr tam şəkildə inkar edilir. Bundan sonra hər şey təbii baş verir. Maşa uşağın başına əzik və ya qançırlar qoya bilər. Bu izlər bir neçə gündən sonra keçib gedir.