Doğuşa yardım
Doğuşa yardımın əsas üsulları: epiziotomiya, dölün xaric edilməsi, doğuşun stimulyasiyası və doğuşun ağrısızlaşdırılması.
Epiziotomiya
Epiziotomiya dölün həyatı üçün təhlükə yarandığı halda və ya uşaqlıq yolunda gözlənilə bilən cırılmaların qarşısını almaq və doğuşun 2-ci dövrünün qısaldılması məqsədi ilə uşaqlıq yolu girəcəyində kəsiyin aparılmasıdır.
Epiziotomiya aşağıdakı hallarda tətbiq olunur:
- dölün başının ölçüləri çox olduqda və ya sarğı gəlişində;
- vaxtından qabaq baş verən doğuşlarda;
- hamilə qadın doğuş gücənmələrini tam şəkildə idarə edə bilmədikdə;
- uşaqlıq yolu girəcəyində dəri lazımi qədər dartılmadıqda.
Sancının kulminasiya həddində uşaqlıq yolunun aşağısında bir qədər yana olmaqla kəsik aparılır. Bəzən ağrı kəsici preparatın istifadə olunmasına da vaxt olmur; ancaq toxumaların xeyli dərəcədə dartılması səbəbindən qadın ağrını hiss etmir. Doğuşdan sonra bu nahiyyəyə tikişlərin qoyulması isə mütləq anestiziya tələb edir. Tikiş materialı bir müddətdən sonra öz-özünə sorulur.
Aparılan kəsik 10-14 gün ərzində sağalır. Narahatlıqlar bundan artıq müddət ərzində davam edərsə, həkimə müraciət etmək lazımdır.