Dölün çanaq gəlişi zamanı hamiləlik və doğuş
Normal halda döl uşaqlıqda başı aşağı vəziyyətdə yerləşir və doğuş zamanı ilk olaraq baş doğum yollarından keçir. Lakin həmişə belə olmur. Hamilə qadınların 3-4%-də döl çanaq gəlişində olur. Г‡anaq gəlişi zamanı ananın çanağının giriş nahiyəsində dölün sağrı hissəsinin (sağrı gəlişi), ayaqlarının (ayaq gəlişi) və ya sağrı və ayaqların birgə yerləşməsinə (qarışıq çanaq gəlişi) rast gəlinir. Ayaq gəlişi doğuş zamanı yaranır. Sağrı gəlişi çanaq gəlişinin 30-33%-ni təşkil edir. 0.3 % hallarda diz gəlişinə də təsadüf olunur.
Г‡anaq gəlişi zamanı normal doğuşla yanaşı, ana və döl üçün xoşagəlməz hallar yaradan vəziyyətlər də yarana bilər. Belə hallar uşaqlıq boynunun gec açılması, doğuş zamanı dölün hipoksiyası və s. ilə əlaqədar ola bilər.
Г‡ANAQ GƏLİЕћİNİN YARANMA SƏBƏBLƏRİ:
-dölyanı mayenin çox olması ilə əlaqədar dölün çox hərəkətdə olması
-çoxdöllü hamiləlik
-dar çanaq, dölün inkişaf anomaliyaları (başın həddən artıq böyük olması)
-dölyanı mayenin az olması,
-uşaqlığın inkişaf anomaliyaları
-uşaqlığın tonusunun aşağı düşməsi və s.
DİAQNOSTİKA:
Uşaqlıq yolunun vaginal müayinəsi zamanı iri, qeyri-düz fomalı, yumşaq konsistensiyalı hissə əllənir. Bundan başqa uşaqlığın dibi hündürdə yerləşir. Uşaqlığın dibində dölün bərk, yumru başı müəyyən olunur. Г‡anaq gəlişində dölün ürək döyüntüsü ananın göbəyindən yuxarıda yaxşı eşidilir.Г‡anaq gəlişini USM-si vasitəsilə də dəqiqləşdirirlər.
Г‡anaq gəlişində hamiləliyin gedişatı:
Hamiləlik baş gəlişində olduğu kimidir. 32-ci həftədən başlayaraq çanaq gəlişini düzəltmək üçün müəyyən kompleks hərəkətlər təyin olunur. Hamilə qadın çarpayıda uzanaraq növbə ilə sağa və sola dönərək hər birində 10 dəq uzanmalıdır. Bunu 3-4 dəfə təkrar etmək lazımdır. Bu hərəkətlər gündə 3 dəfə təkrar olunur. Adətən dölün başı üstə çevrilməsi ilk 7 gün ərzində baş verir. (əgər dölyanı mayenin miqdarı, uşaqlığın forması normaldırsa). Gimnastik hərəkətlər qeyd olunan hallarda əks göstərişdir:
-uşaqlıqda çapığın olması
-piylənmə
-ananın yaşının 30-dan çox olması
-uşaqsalma qorxusu varsa
-hestoz
-cift gəlişində
-dar çanaq
-ananın ekstragenital xəstəliklərində
-göbək ciyəsinin dolanması zamanı
Əgər 37-38-ci həftədə döl vəziyyətini dəyişməyibsə doğuş çanaq gəlişində aparılır. Doğuşdan 2 həftə əvvəl hamilə qadın qospitalizasiya olunur və doğuşun aparılma planı müəyyən olunur.
Doğuşun aparılması:
Doğuşun aparılma metodunu təyin etmək üçün aşağıda göstərilən
hallar qiymətləndirilməlidir:
-qadının yaşı
-əvvəlki hamiləlik və doğuşların xüsusiyyəti
-hazırki hamiləliyin gedişatı: ödemlərin, arterial təzyiqin, böyrək patalogiyalarının olub-olmaması
-dölün çəkisinin 3500q-dan çox olması
-dölün vəziyyəti
-ananın çanağının ölçülərinin dölün başının ölçüləri ilə uyğunluğu
-uşaqlıq boynunun vəziyyəti
-çanaq gəlişinin növü
-dölün başının vəziyyəti
Hamiləlik zamanı ağırlaşmaların olması, dar çanaq, ananın yaşının 30-dan, dölün çəkisinin isə 3500q-dan çox olması keysəriyyə əməliyyatına göstərişdir.
Г‡anaq gəlişi zamanı aparılan təbii doğuşda dölün hipoksiyası, müxtəlif travmalar kimi ağırlaşmalar baş verə bilər. Г‡anaq gəlişi ilə doğulan uşaqlara ilk növbədə nevropatoloqun konsultasiyası lazımdır.