Doğum evinə özünüzlə nə götürməlisiniz
Yaxşı olardı ki, doğuşa yaxın, doğum evində sizə zəruri olan əşyaları qabaqcadan çantaya yığıb hazırlayasınız. Çünki həyat yoldaşınıza və qohumlarınıza nə lazım olduğunu və nəyin harada olduğunu uzun-uzadı başa salmaq çoxlu vaxtınızı və gücünüzü aparacaq. Gücünüzə və vaxtınıza qənaət edin, doğuşdan sonra onsuz da sizdə güc qıtlığı baş verəcək.
Doğum evi üçün
1.Sənədlər (pasport, həm özünüzün , həm də həyat yoldaşınızın, nikah haqqında şəhadətnamə, əvəzləmə kartı, əgər varsa sığorta polisi. Sığorta polisi özəl doğum evində sizə gərək olacaq).
2.Pal-paltar.
Xalat, şap-şap, qısa corab, gecə köynəyi, alt paltarı, qarın üçün bandaj (xüsusən bu,Keysər əməliyyatından sonra lazım olur).
3.Şəxsi gigiyena əşyaları və bəzi lazımlı xırdavat.
Diş fırçası, dişməcunu, tualet kağızı, salfetlər, çox sayda qadın gigiyenik bezləri, daraq, güzgü, baş sancağı, kosmetika, şampun, duş üçün gel, sabun, dəsmal, termos, fincan, nimçə, qaşıq, çəngəl, mobil telefon, cib dəftərçəsi, qələm, uşağa qulluq kitabı (məsələn, indi oxuduğunuz kitab), darıxmamaq üçün kitab və jurnallar.
4.Körpə üçün:
2-5 kq-lıq yenidoğulmuşlar üçün birdəfəlik bezlər, uşaq kremi və ya xüsusi yağ, əmzik, əmzikli şüşə, körpə üçün uşaq qida qarışığı (hər ehtimala qarşı).
Evə yazılarkən
Paltar və ayaqqabılarınızı , eləcə də körpənin geyimini qabaqcadan hazırlayın. Yadda saxlayın: çox güman ki, hamiləlikdən qabaq geyindiyiniz paltarlar əyninizə olmayacaq.