Vaxtından əvvəl doğuş
Hamiləliyin 28-ci həftəsindən 36-cı həftəsinə qədər baş verən doğuşlar vaxtından əvvəl doğuşlar kimi qiymətləndirilir. Belə doğuşlar nəticəsində doğulmuş uşaqlara isə yarımçıq doğulmuşlar deyilir.
Vaxtından əvvəl doğuşun səbəbləri:
-ananın müxtəlif xəstəlikləri;
-hamiləlik toksikozlar;
-çoxdöllülük və dölyanı suların artıqlığı zamanı uşaqlığın həddindən artıq gərilməsi;
-hamilənin travmatik zədələnmələri;
-hamiləliyin infeksiyalaşması;
-hamiləlik dövründə stresslərin çox olması;
-fəsadlaşmış mama-ginekoloji anamnez və s.
Vaxtından əvvəl doğuş təhlükəsi, qeyd edilən bu faktorların ana və dölə mənfi təsirindən ibarətdir. Hamiləliyin istənilən dövründə qarında və ya beldə sancı şəkilli ağrıların, uşaqlıq yolundan qanlı ifrazatın meydana çıxması halları təcili olaraq həkimə müraciət etməyi göstərişdir.
Vital Doğum Evində yarınçıq, çəkisi az olan yenidoğulmuş körpələrə yüksək ixtisaslı neanatoloq-reanimatoloqların rəhbərlik etdiyi neanotoloji şübədə keyfiyyətli tibbi yardım göstərilir.