Mayalanma
Mayalanma.
Qadın hər birində 200min yetişməmiş yumurtahüceyrə olan iki yumurtalıq ilə anadan olur. Cinsi yetişkənlik dövrünə çatarkən bu yumurtahüceyrələrdən 400-500-ü tam inkişaf edərək yetişir.
Reproduktiv yaşda olan qadında ayda təxminən 1 dəfə ovulyasiya baş verir. Bu zaman yumurtahüceyrə yumurtalıqdan xaric olaraq qarın boşluğuna düşür, bu zaman uşaqlıq borusu qıf hissəsi həmin hüceyrəni tutaraq uşaqlıq borusuna daxil edir. Yumurtahüceyrə spermotozoidlə məhz uşaqlıq borusunda görüşür.
Mayalanmada yalnız bir spermotozoid iştirak edir, bu spermotozoidin nüvəsinin yumurtahüceyrənin nüvəsi ilə birləşdiyi andan etibarən hamiləlik başlayır.
Mayalanmış yumurtahüceyrənin uşaqlıq borusunda hərəkətini uşaqlıq borusunun hərəkətini uşaqlıq borusunun peristaltikası və kirpikli epitelinin hərəkəti təmin edir. Mayalanmış yumurtahüceyrə bölünməyə başlayır və uşaqlıq boşluğuna daxil olur. Burada o, öz inkişafı üçün münbit mühit olan uşaqlığın selikli qişasına birləşir.
Mayalanma baş verməsi və hamiləliyin başlanması üçün ən əlverişli dövr menstrual tsiklin ortası – yəni ovulyasiya baş verdiyi dövrdür.
Bəzən rüşeymin sayı birdən artıq olur, yəni sonsuzluğun müalicəsinin yeni üsullarının inkişaf etməsi ilə bağlı çoxdöllü hamiləlik son illərdə daha tez-tez təsadüf olunur.
Bir yumurta ekizləri çoxnüvəli yumurtahüceyrənin bir neçə spermotozoidlə mayalanması nəticəsində inkişaf edirlər. Eyni yumurta ekizlərinin müştərək döl təbəqələri, plasentaları və qan dövranları olur.
Genetik materiallarının eyniliyi səbəbindən onlar həmişə eynicinsli və bir-birinə çox bənzər olurlar. Döl təbəqələrindən biri adətən dölləri bir-birindən ayırır, əks tədqirdə toxumaların bitişməsi və "siam” əkizlərinin yaranması mümkündür.
Müxtəlif yumurta ekizləri bir neçə yumurtahüceyrənin müxtəlif spermotozoidlər tərəfindən mayalanması nəticəsində yaranırlar. Genetik materiallarının müxtəlifliyinə görə onlar müxtəlif cinsli və zahirən bir-birindən fərqli ola bilərlər. Müxtəlif yumurta ekizlərinin hər birinin öz plasentası, döl təbəqələri və qan dövranı olur.
Sonsuzluqla bağlı müalicə almış ailələrdə ekizlərin doğulma ehtimalı daha çox olur. Bu, müalicə zamanı ovulyasiyanın stimulyasiya olunması ilə bağlıdır. Qadında bəzən bir neçə (onadək) yumurtahüceyrə yetişir.
Sonsuzluğun digər müalicə üsulu olan ekstrakorporal mayalandırma zamanı uşaqlığa bir neçə rüşeym yeridilir, onlardan adətən biri inkişafa davam etsədə bir neçə rüşeyimin inkişaf etməsi də mümkündür.
Bu üsullar bəzən superçoxdöllü hamiləliyin inkişaf etməsinə və 3, 4 və daha çox sayda uşağın doğulmasına səbəb olur.