Doğuşdan sonra yaranan problemlər
Doğuşdan sonra bəzən elə problemlər yaranır ki , xəstə onları etiraf etməyə və müalicə etməyə utanır. Doğuşdan sonra cinsi əlaqədə olmaq, sidiyi saxlaya bilməmək xoşagəlməz hislər yaradır...nə etmək lazımdır? Müalicə olunmaq‼ Bu gün bu cür problemlər tez və effektli şəkildə aradan qaldırılır.
Sidiyi saxlaya bilməmək-qeyri -iradi olaraq sidik ifrazının baş verməsi ilə müşahidə olunan pataloji vəziyyətdir. İfrazatın həcmi və dövriliyi müxtəlif ola bilər: 2 gündə 1 dəfə 1-2 damcıdan adəti sidik ifrazına qədər.
Nə üçün doğuşdan sonra qadınlarda sidik qaçırma problemi yaranır?
Doğuş zamanı və hamiləlik dövründə çanaq dibi əzələlərində yüksək gərginlik yaranır.
Ağır doğuş zamanı, (məsələn,cırılmalarla nəticələnən) çanaq dibi əzələləri zəifləyir, kiçik çanaq əzələlərinin bağ aparatının dartılması nəticəsində uşaqlığın sallanması və uretranın sfinkter aparatının funksiyasının pozulması baş verir.
Bunun nəticəsində sidik qaçırma problemi yaranır.
Hər sonrakı doğuşdan sonra qadında gərginlik zamanı sidik qaçırma (öskürək, asqırma ,bərkdən gülən zaman, ağır yük qaldırdıqda , yəni qarındaxili təzyiqin artması nəticəsində baş verən qeyri-iradi sidik ifrazı)
probleminin yaranması ehtimalı artır.
Sidik saxlaya bilməmək problemi qadınlarda kiçik çanaq nahiyəsinin şişləri zamanı , ginekoloji və uroloji cərrahi əməliyyatdan sonra, esterogen hormonunun çatmamazlığı zamanı da yarana bilər.
Sidik qaçırmanın müalicə metodları
Bu problemin ən effektli müalicəsi cərrahi yolla sidik-ifrazat kanalının funksiyasının bərpa olunmasıdır.
URETROSİSTOSERVİKOPEKSİYA-bu cərrahi əməliyyatın yerinə yetirilməsinin bir neçə üsulu var.
Nəticədə normal halda sidik-ifrazat kanalını və sidik kisəsi boynunu saxlayan bağların bərkidilməsi və fiksasiyası baş verir. Açıq və ya laparoskopik yolla yerinə yetirilir.
İlgək cərrahi əməliyyatı-sidik- ifrazat kanalının funksiyasının bərpası üsulu. TVT-üsulu (sərbəst ilgək) ilə aparılan cərrahi əməliyyat zamanı sidik-ifrazat kanalına əlavə olaraq uşaqlıq yolu toxumasından, dəridən, sintetik materiallardan dayaq yaradılır. İmplantasiya zamanı uşaqlıq yolunda 1 sm-dən az kəsik aparılır. Cərrahi əməliyyat yerli keyitmə ilə aparılır.İntim plastika nədir?
İntim plastika-cinsi orqanların ölçü və formalarını
korreksiya edən, onların estetik cəhətdən cəlb ediciliyini təmin edən və funksional (seksual) imkanları bərpa edən cərrahi əməliyyatdır.
Adətən doğuşdan sonra qadınlar cinsi əlaqə zamanı diskomfort hiss edirlər. Bu aralıq nahiyəsinin və uşaqlıq yolunun yumşaq toxumasının deformasiya olunması nəticəsində yaranır.
VİTAL klinikada ixtisaslaşmış həkimlər tərəfindən yüksək səviyyəli plastik əməliyyatlar aparılır.
Cərrah-ginekoloq və uroloqlar hər bir xəstədə uşaqlıq yolunun , uşaqlıq boynunun, aralığın anatomiyasının bərpa olunmasını , kiçik cinsi dodaqların ölçüsünün korreksiyasını təmin edirlər.
İntim plastikanın imkanları
Uşaqlıq yolunun (vaginoplastika) və aralığın plastikası uşaqlıq yolunun təbii həcminin (onu kiçiltmək) yenidən bərpa olunmasını təmin edir. Uşaqlıq divarlarının sallanması zamanı plastik korreksiya cinsi orqanların anatomik olaraq düzgün yerləşməsini təmin edir.
Uşaqlıq boynu plastikası nəinki doğuş zamanı, həmçinin abort və digər cərrahi əməliyyatlarda yaranan deformasiya, hipertrofiya və cırılmalar zamanı uşaqlıq boynunun anatomiyasını bərpa edir.
Plastik əməliyyatlarda yeni avadanlıqdan , özü sorulan materiallardan istifadə olunur. Əməliyyat zamanı istifadə olunan Lazer aparatı qanaxmanı minimuma endirir və sağalma müddətini tezləşdirir.
Cərrahi əməliyyatlar qadın ehtirasını və orqazmını azaltmır.
Cərrahi əməliyyatdan sonrakı ilk günləri xəstə klinikada, ixtisaslaşmış mütəxəssislərin nəzarəti altında keçirir.