Sitomeqalovirus və hamiləlik
Sitomeqalovirus infeksiyası- hamilәlik dǒvrűndә әn çox rast gәlinәn infeksiyadır. Herpes ailәsindәn olan sitomeqalovirus tәrәfindәn tǒrәdilir. Bu virusun xәstә insandan keçmә yolları׃
*hava-damcı yolu
*cinsi yolla
*kontaktla
*transplasentar(anadan-dǒlә)
*transfuzion(qanla)
Sitomeqalovirusun kәskin vә xroniki formaları var. Kәskin forma hamilә qadın vә dǒl űçűn daha tәhlűkәlidir. Cűnki hamilә qadın bu virusla ilk dәfә yoluxduğundan onun qanında bu virusa qarşı antitel olmur. Nәticәdә virus asanlıqla plasentadan keçәrәk dǒlә tәsir edir. Bu zaman dǒlűn yoluxması 40-50% olur.
Xroniki forma daha az tәhlűkәlidir. Bu zaman artıq ananın qanında bu virusa qarşı antitellәr olur. Xroniki formada dǒlűn yoluxması 1 -2% olur.
Hamilәliyin ilk dǒvrlәrindә sitomeqalovirusla yoluxma hamilәliyin pozulmasına, dǒldә műxtәlif anomaliyalara sәbәb olur. Hamilәliyin ikinci yarısında isә vaxtından әvvәl doğuşa , dǒldә qaraciyәr zәdәlәnmәlәrinә, űrәk qűsurlarına, anadangәlmә qűsurlara sәbәb olur. Yenidoğulmuşlarda әn çox rast gәlinәn patalogiya ״anadangәlmә sitomeqaliyadır.״
Sitomeqaliya ilә doğulmuş uşaqda rast gәlinәn әlamәtlәr׃
*sarılıq
*qaraciyәr vә dalağin bǒyűmәsi
*qanazlığı
*mәrkәzi sinir sistemi zәdәlәnmәlәri
*gǒrmә vә eşitmәnin pozulması
*sűműk deformasiyaları vә s.
Sitomeqalovirus infeksiyası әksәr hallarda әlamәtsiz olur, immuniteti aşağı olan insanlarda isә qripә xas әlamәtlәrlә keçir.
DİAQNOSTİKA׃
*Qanda bu virusa qarşı antitellәrin - İgM vә İgG tapılması.
*USM- dǒldә yaranan patalogiyaları műәyyәn edir.
Bu virus orqanizmdә ǒműrlűk qalır. Műasir müalicə metodları bu virusun bәdәndәn tam tәmizlәnmәsini tәmin etmir.
Lakin hamiləlik zamanı bu virus aşkar olunubsa OZONOTERAPİYA dölü virusun zərərli təsirlərindən tam olaraq qoruya bilər. Buna görədə həm hamiləlik dövründə, sitomeqalovirus və digər infeksiyalar zamanı ozonla müalicə çox vacibdir.
PPOFILAKTIKA׃
*şәxsi gigiyena qaydalarına әmәl etmәk
*immuniteti artırmaq
Műalicә, hәkimin tәyinatı ilә aparılmalıdır.