Sadə idman hərəkətləri
Bu sadə idman hərəkətlərini bəzən “Tənbəl ata-ana” üçün idman da adlandırırlar. Çünki bu hərəkətlərin əksəriyyətini divandan qalxmadan etmək olar. Əslində isə bu idman hərəkətlərini etdikdə, gənc ananın əzələləri, bədəni möhkəmlənir, körpə isə anası ilə şən ünsiyyətdən həzz alır.
Birinci hərəkət--- “Təyyarə”Körpə ananın qarnında oturur, ana dizlərini bükür, qarın presini gərginləşdirir. Sonra arxasını qaldırıb endırir, uşaq sanki, “at çapır”.
Üçüncü hərəkət--- “Uzaq-yaxın, hündür-alçaq”Ana yenədə kürək üstündə uzanır, körpəni qoltuq altından tutaraq yuxarı-aşağı, yüxarı-aşağı bir neçə dəfə qaldırıb endirir.
Dördüncü hərəkət--- “Propeller” Ana yenə də kürək üstə uzanıb, körpəni yuxarı qaldıraraq qolları yorulana qədər sağa-sola, sola-sağa hərəkət etdirir.
Beşinci hərəkət--- “Körpü”Ana yenədə kürək üstə uzanıb, dizlərini bükür. Körpə onun dizlərinə söykənərək yarım uzanmış vəziyyətdə olur. Ana kürək və pəncələrini dayaq edərək arxasını bir neçə dəfə qaldırıb endirir.
Altıncı hərəkət -”Çarpaz”Körpə ananın qarnının üzərində üzü üstə uzanır. Ana onun kürəyindən tutub saxlayır, sol ayağını, sağ ayağının üstünə keçirərək sağ tərəfə dönür, sonra sol tərəfə eyni hərəkəti təkrar edir. Bu zaman körpə anasının qarnı üzərindən sürüşməməlidir.
Bu sadə hərəkətlər ananın kürək, qarın, arxa və qol əzələlərini möhkəmləndirəcək. Körpə isə həm idman etmiş olacaq, həm əylənəcək, həm də sizinlə ünsiyyətdə olmasından xeyli məmnun qalacaq.
Ailə başçısı nəhayət işdən evə gəldikdə isə, ana sözünü ata sözü ilə əvəz edərək bütün hərəkətləri təkrar etmək olar.