Qadınlarda doğuşdan sonra seksual həssaslıq niyə azalır?
Doğmamış qadınlarda uşaqlıq yolu dar olur. İltihabı xəstəliklər və ya psixoloji faktorlar təsir etməyən halda qadınlar seksual həyatlarını normal yaşayır. Doğuş zamanı döl uşaqlıq yolundan keçərkən təbii ki, uşaqlıq yolu genişlənir. lakin doğuş fizioloji, normal baş verdikdə və doğuş zamanı travma olmadıqda uşaqlıq yolunda olan bu genişlənmə tədricən yığılır və bərpa olunub əvvəlki vəziyyətinə qayıdır. Doğuşdan sonra orqanizmdə hormonal dəyışiklik də seksual həssaslığı azaldır. hormonal balans da tədrıcən 40 gün müddətində bərpa olunur. Zahılıq dövrü başa çatır və qadın normal fizioloji seksual həyatına qayıdır.
Bəs nə zaman seksual problem yaranır?
Doğuş zamanı qadın psixoloji və ya fiziki travma alarsa, doğum yolunda olan çırıqlar düzgün bərpa olunmazsa, yaralar ikincili sağalma ilə nəticələnərsə uşaqlıq yolunda olan erogen zonalarda həssasləq azalır, sinir hissiyatı pozulur, qadında seksual həzz (orqazm) baş vermir.
Qadın bu zaman nə etməli?
Doğuşdan əvvəl qadın doğuşa hazırlaşsa belə halların baş verməsi ehtimal az olur. Amma əgər bunlar baş veribsə və siz və partnyorunuz əziyyət çəkirsizsə həkimə müraciət erməkdən çəkinməyin. Həkimin sizə verdiyi məsləhətlər sizə çox yardın edəcəb.
Belə problemlərlə üzləşməmək üçün Vital Klinikada mama-ginekoloq Afaq Məcidovaya müraciət edə bilərsiz. Burada sizi doğuşa düzgün hazırlaşdıracaqlar. Doğuş zamanı və doğuşdan dərhal sonra uşaqlıq yolunun və xarici cinsiyyət orqanının estetik bərpasını həyata keçirmək mümkündür. 050 312 23 12 012 437 52 50