Doğuşu asanlaşdırmaq və tezləşdirmək üçün necə nəfəs almaq lazımdır?
Doğuşa yaxınlaşdıqca hamilələri düşündürən suallar yaranır: doğuş zamanı nə etmək lazımdır, doğuş prosesini necə yüngülləşdirmək olar?
Bu suallar təsadüfən yaranmır.
Müasir, məlumatlı analar bilirlər ki, doğuş zamanı düzgün nəfəsalma nə dərəcədə vacibdir. Doğuş prosesinin hər bir mərhələsinin ( tutmalar başlayan andan dölün xaric olduğu ana qədər) öz tənəffüs texnikası var.
DOĞUŞ ZAMANI DÜZGÜN TƏNƏFFÜS.
Mütəxəssislər müəyyənləşdiriblər ki, doğuş zamanı düzgün nəfəsalma ağrıları azaldır. Düzgün tənəffüs hərəkətləri zamanı hamilə qadın sakitləşir və gərginliyi azalır. Bundan başqa düzgün tənəffüsün texnikası elə işlənmişdir ki, bu zaman diafraqma doğuşa mane olmur, əksinə kömək edir.
Düzgün nəfəsalmanın doğuşu asanlaşdırması nə ilə izah olunur?
Bu çox sadədir: Bir tərəfdən bu zaman fikri düzgün nəfəsalmaqda olan qadın ağrıya az fikir verir və uşaqlıq boynunun açılışı tez baş verir, körpə asanlıqla dünyaya gəlir.
Digər tərəfdən doğuş zamanı düzgün nəfəsalma hamilə qadının əzələlərini oksigenlə təchiz edir, bu da əzələlərin yığılma qabiliyyətini yaxşılaşdırır. Bundan başqa dölün də oksigenlə təmin olunması artır.
DOĞUŞ ZAMANI DÜZGÜN TƏNƏFFÜS TEXNİKASI:MÜXTƏLİF MƏRHƏLƏLƏRDƏ NECƏ NƏFƏS ALAQ?
TUTMA ZAMANI DÜZGÜN TƏNƏFFÜS HƏRƏKƏTLƏRİ
Hamilə qadın ilk tutmalarında xəstəxanaya yollanır. İlk tutmalarda güclü ağrılar olmur, yalnız qarın əzələləri gərilir.
Tutmalar zəif və tez-tez olduqda burunla yumşaq nəfəs alınır, ağızla isə uzun nəfəs verilir. Kiçik tutmalar arasında olan fasilədə tənəffüs prosesi adi qaydada olur.
Bir qədər sonra tutmalar daimi olur və müəyyən müddətdən bir təkrarlanır. Tutmalar gücləndikcə və müddəti uzandıqca, nəfəsalma dərinləşməlidır. Çalışın ki, bu zaman nəfəsvermə döş qəfəsi vasitəsilə olsun, qarın, bel və aralıq nahiyyənin əzələlərini maksimal dərəcədə boşaldın.
Dadın bilməlidir ki, requlyar tutmalar zamanı sıxılmaq, gərginlik yaratmaq olmaz. Əks halda bütün bunlar yüngüllük yaratmayacaq və orqanizm tez yorulacaq. Xüsusən ilk dəfə doğan qadınlar doğuş zamanı hər tutmada özlərini gərginləşdirirlər, bununla da doğuş prosesini və uşaqlıq boynunun açılmasını ləngidirlər. Bu zaman həkimlər məcbur olurlar ki, medikamentoz yolla tutmaları ağrısızlaşdırsınlar və\ və ya doğuş prosesini stimulə etsinlər. Doğuş zamanı qadının yaratdığı gərginlik dölün oksigenlə təchizini azaldır, oksigen aclığı yaradır və gələcəkdə müəyyən problemlərin yaranmasına səbəb olur. Ona görə doğuş zamanı maksimal dərəcədə gərginliyi aradan qaldırın və düzgün tənəffüs hərəkətləri edin.
Tutmaların intensivliyi artdıqca tənəffüsü tezləşdirmək lazımdır. Bunun üçün aşağıda göstərilən tənəffüs hərəkətini etmək lazımdır: Dilin ucu yuxarı alveollar nahiyəsinə, dişlərin arxasına qoyulur, dodaqlar yanlara dartılmış vəziyyətdə intensiv və tez-tez nəfəsalınır.
Uşaqlıq boynunun açılışı zamanı başqa bir tənəffüs hərəkəti edilir. Tutma başlayan anda tez-tez, səthi nəfəsalmağa başlayın. Burunla nəfəs alın, sonra dodaqları büzərək uzun nəfəs verin, guya siz şam söndürürsüz
Bəzi hamilə qadınlar səsli nəfəsalmaqla doğuş ağrılarını yüngülləşdirirlər. Bu zaman sait səslərin tələffüzü o,a,e,u daha məqsədəuyğundur. Səslərin tələffüzü zamanı səsi yuxarı elə ötürmək lazımdır ki, burunda vibrasiya hiss olunsun. Belə vibrasiya əzələləri boşaldır və ağrı hissini azaldır.. Tutmanın intensivliyi azaldıqca sakit nəfəsalın. Bu metod ən kəskin ağrını yüngülləşdirir.
Əgər tutmalara gücgəlmələr də qoşularsa qarın tənəffüsü, yəni diafraqmal tənəffüs etmək lazımdır. Gücənmələr zamanı 4 sayda nəfəsalınır.1,2,3sayda dilin ucu yuxarı alveollar nahiyəsinə, diş arxasına qoyularaq intensiv - nəfəs alınır.4 sayda dərin nəfəs verilir.
Həkim sizə güc ver komandası versə belə nəfəsalmaq lazımdır: tutma zamanı nəfəs alınır, tənəffüsünüzü saxlayırsınız, çənə nahiyəsini aşağı salırsınız, güc gələn zaman qəbzlikdə olduğu kimi və daha qüvvətli güc verirsiniz. Sonra yüngül və uzun nəfəs verirsiniz. Əgər siz düzgün tənəffüs hərəkəti edərsənizsə, onda bir tutma zamanı bir neçə güc verməklə və hətta 2-3 dəfə güc verməklə döğuşu başa çatdırmaq olar.
Gücvermələr zamanı çalışmaq lazımdır ki, təzyiq uşaqlığa yönəlsin. Təzyiq başa yönələrsə üz və göz damarlarınızın partlaması baş verər. Bütün qüvvəniz körpənin doğulmasına yönəlməlidir.
Ən məsuliyyətli anda, yəni körpənin başı xaric olan anda sizdən xahiş edəcəklər ki, güc verməyəsiniz. Bu vaxt yenə dilin ucu yuxarı alveollar nahiyəsinə, diş arxasına qoyulur, dodaqlar yanlara dartılmış vəziyyətdə intensiv, tez-tez nəfəsalınır. Bu cür tənəffüs etməklə cırılmaların qarşısı alınacaq.
Körpə dünyaya gəldikdən sonra ciftin xaric olması baş verir. Bu prosesin tez və ağrısız olmasıüçün plasenta xaric olan zaman yüngülvari öskürmək lazımdır.
Beləliklə doğuş qabağı hamilə qadın düzgün tənəffüs etməyi öyrənməlidir. Bu adi vaxtda olan tənəffüsdən fərqlənir. Bunun üçün xüsusi kurslara getmək və ya evdə məşq etmək lazımdır.
Əziz hamilələrimiz siz VİTAL KLİNİKA-da həkim mama ginekoloqların rəhbərliyi altında doğuşa hazırlıq kursları keçə bilərsiz.
012 437 52 20 və 050 266 10 41 nömrəli telefonlarla bizə müraciət edə bilərsiz.