Hamiləlik zamanı gimnastika
Hamiləlik, körpənin dünyaya gəlməsini gözləmək, qadın həyatının ən həyacanlı dövrüdür. Sizin körpənizin dünyaya necə göz açması, hamiləliyə münasibətiniz və doğuşa hazırlığınızdan birbaşa asılıdır.
Hamilə qadının həyatında, psixikasında və orqanizmində baş verən dəyişiklikləri dərk etmək və qəbul etməkdə sizə bizim “Vital Analar Məktəbimizin” ixtisaslı mütəxəssisləri kömək edəcəklər: mama-ginekoloq, pediatr, psixoloq, yoqa və pilates təlimçisi.Pilates məşğələlərində gələcək analar xüsusi fiziki hərəkətlər və həmçinin nəfəs hərəkətləri və rahatlanma üsullarını öyrənirlər. Sübut olunub ki, hamiləlik dövründə idmanla məşğul olan qadınlarda doğuş daha asan keçir və həmçinin bu qadınlar doğuşdan sonra normal fiziki formaya daha tez qayıdır.
Pilates hamiləlik zamanı qadının bədənini doğuşa hazırlaşdırır - əzələlərin və onurğa sütunun çevikliyini artırır, doğuşda ciddi yükləmələrə məruz qalan ürək və ağciyərləri məşq etdirir. Düzgün nəfəsalma və rahatlanma (relaksasiya) üsulları da çox vacidbir - onlar doğuşun daha tez və uğurlu baş çatmasına kömək edir.Yoqa. Hamiləlik bütün qadınların həyatında çox çətin, həyacanlı, stress və narahatçılıqla dolu olan dövrdür. Həddən artıq gərginlik qadının qanında bəzi hormonların ifrazını artırır ki, bu hormonlar hamiləliyin gedişatına mənfi təsir edə bilər. Bu səbəbdən hamiləlik zamanı qadın sakitləşməyi və rahatlanmağı öyrənməlidir. Bu işdə yoqa ən təsirli üsuldur. Yoqa qadını rahatlanmağa, öz bədənini idarə etməyə öyrədir, bel nahiyəsində ağrıları və aşağı ətraflarda ödemləri azaldır, ürəkbulanması və qəbizlik kimi xoşagəlməz hallarla mübarizə aparır. Yoqa məşğələləri qadında narahatçılığı azaldır, rahatlıq və harmoniya hissinin yaranmasına kömək edir.