Oksigen aclığı - dölün hipoksiyası
Dölün hipoksiyası -bu oksigen aclığı nəticəsində dölün orqanizmində baş verən dəyişikliklər kompleksidir. Dölün hipoksiyası sərbəst xəstəlik olmayıb ananın və dölün orqanizmində, eləcədə plasentada baş verən patoloji proseslər nəticəsində inkişaf edir. Erkən dövrlərdə hipoksiya embrionun inkişafdan qalmasına və müxtəlif anomaliyalara səbəb olur. Hamiləliyin sonrakı dövrlərində isə dölün çəkisinin, boyunun artmasına mane olur, mərkəzi sinir sisteminin zədələnməsinə gətirib çıxarır.
Dölün orqanizmi kompensator xüsusiyyətlərə malik olduğundan hipoksiya zamanı, qan dövranının müəyyən səviyyədə saxlanılmasını təmin etməyə çalışır. Bu ürək vurğularının 1 dəqiqədə 150-160 -a qədər artması hesabına baş verir. Bundan başqa kompensator mexanizm dölün ( fetal ) hemoqlobininin böyüklərə nisbətən daha çox oksigen qəbul etməsi və saxlaması xüsusiyyətinə əsaslanır.
Qanın oksigenlə təchizinin azalması döldə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bütün orqan və toxumalar böyük aktivliklə işləməyə başlayır. Döl çalışır ki, əsas həyatı vacib orqanları (beyni, böyrəkləri, ürəyi) qanla təchiz etsin. Nəticədə bağırsaqlarda hipoksiya inkişaf edir və ilk nəcis (mekoni) ifraz olunur. Lakin bu kompensator mexanizmlər müəyyən bir müddətdə fəaliyyət göstərir. Hipoksiya artdıqca bu mexanizmlər zəifləyir.
İlk növbədə mərkəzi sinir sistemi zədələnir. Hipoksiya beynin inkişafına, damarların quruluşuna və funksiyasına, hematoensefalik baryerin fəaliyyətinə mənfi təsir göstərir. Bu baryer mərkəzi sinir sisteminin qoruyucu baryeridir.
Cüzi və qısamüddətli hipoksiya dölün sağlamlığına adətən mənfi təsir etmir. Uzun müddətli hipoksiya isə döl toxumalarında, müxtəlif dərəcədə işemiya və nekroza səbəb olur. Doğulan uşaqlarda funksional və psixi dəyişikliklər baş verir. Hesab olunur ki, TXU (tez-tez xəstələnən uşaqlar) qrupuna aid olan uşaqlar da ana bətnində hipoksiyaya məruz qalan uşaqlardır.
HİPOKSİYANIN SƏBƏBLƏRİ:
Hipoksiyaya səbəb olan faktorlar çoxlu saydadır. Bunlardan ən çox rast gəlinəni ananın xəstəlikləridir. Bu xəstəliklərdən biri anemiyadır. .Anemiya zamanı eritrositlərin əsas funksiyası -oksigenin toxumalara daşınması pozulur.
Ürək qüsurları, miokardın xəstəlikləri, ağciyərlərin xroniki xəstəlikləri nəticəsində qan dövranı çatmamazlığı yaranır ki, nəticədə də hipoksiya və "ana-plasenta-döl”sisteminin işində pozulmalar baş verir.
Tənəffüs sistemi xəstəlikləri (bronxial astma, xroniki bronxit və s.) də hamiləliyə mənfi təsir göstərir. Bu xəstəliklər tənəffüs çatmamazlığına səbəb olur ki, bu da ana və dölün orqanlarının hipoksiyasına səbəb olur. Böyrək xəstəlikləri, şəkərli diabet də dölün hipoksiyasına səbəb olur.
Hipoksiyaya səbəb olan digər səbəblərə döl və plasenta arasında olan qan dövranının pozulmasıdır. Bu da vaxtından əvvəl doğuşa, plasenta və göbək ciyəsinin patologiyalarına, doğuş fəaliyyətinin anomaliyalarına və s. səbəb olur.
Ananın xəstəlikləri ilə yanaşı dölün xəstəlikləri də hipoksiyaya səbəb olur. Məs:Hemolitik xəstəlik (ananın və dölün qanının uyuşmamazlığı nəticəsində yaranan vəziyyət), bətndaxili infeksiya, anadangəlmə inkişaf qüsurları, doğuş zamanı dölün başının uzun müddət sıxılması.
DİAQNOSTİKA
Dölün hipoksiyasını onun hərəki aktivliyinə görə müəyyən etmək olar. İlk mərhələlərdə dölün narahatlığı, hərəkətinin artması hiss olunur. Uzun müddətli və proqressivləşən hipoksiyada isə əksinə dölün hərəkəti zəifləyir. Bu cür vəziyyətdə dərhal həkimə müraciət etmək və əlavə diaqnostik müayinələrdən keçmək lazımdır. Bunlara kardiotokoqrafiya və dopplerometriya, dölyanı mayenin müayinəsi, laborator diaqnostika aiddir. Hipoksiyanın əlamətlərindən biri dölün boyunun inkişafdan geri qalmasıdır.
Kardiotokoqrafiya-dölün vəziyyətinin qiymətləndirilməsi -onun ürək vurğularının sayına və dölün hərəkətinin aktivliyinə görə qiymətləndirilir. Bu müayinə hamiləliyin 32-ci həftəsində aparılır.
Dopplerometriya-ultrasəs müayinənin bir növü olub, plasentada və göbək ciyəsində hipoksiyaya səbəb olan qan dövranı pozulmalarını müəyyən edir.
USM-nə əsasən dölün, dölyanı mayenin vəziyyəti müəyyən olunur.
Amnioskopiya ilə dölyanı mayenin vəziyyəti öyrənilir. Dölyani mayenin yaşıl rəngdə olması (mekoni hesabına) hipoksiyadan xəbər verir.
MÜALİCƏ
Ağır hipoksiya vəziyyətində ana hospitalizə olunur, hipoksiyanın səbəbləri müəyyənləşdirilir və aradan qaldırılır. Bundan sonra uşaqlıq-cift qan dövranı yaxşılaşdırılır və dölün maddələr mübadiləsi normallaşdırılır.
Xroniki hipoksiyası olan analara yataq rejimi təyin olunur. Hipoksiyanın müalicəsində ozonoterapiyanın əvəzsiz rolu vardı. Onun sayəsində ana və dölün oksigenlə təchizatı təmin olunur. Fəsad və ağırlaşmaların qarşısı alınır.
VİTAL KLİNİKADA UZUN İLLƏRDİR Kİ, HAMİLƏLƏRƏ OZONOTERAPİYA SEANSLARI OLUNUR.
Qeyd etmək olar ki, hamiləlik zamanı ozonoterapiya bir sıra müsbət effektlər verir:
1. Hamiləlik toksikozunu aradan qaldırır
2. Hamilənin immun sistemini gücləndirir
3. Antibakterial və antivirus təsir edir
4. Keçirilən infeksiyaların dölə göstərdiyi mənfi təsirlərin qarşısını alır
5. Hamiləni doğuşa daha sağlam və güclü olaraq hazırlayır
6. Hamiləliyin son dövrlərində uyğun dozada OZONOTERATİYANIN qəbulu doğuşun ağrısız keçməsinə və körpənin travmasız doğulmasina yardım edir.
7. DÖLDƏ HİPOKSİYA ƏLAMƏTLƏRİNİ AZALDİR!!!
Vital Klinikanın baş həkimi ginekoloq Səltənət Məcidova
012 437 52 20 050 312 23 12