Hamiləlik və sistit
SİSTİT-sidik kisəsinin selikli qişasının iltihabı olub, hamilə qadınların hər on nəfərindən birində müşahidə olunur. Tibb bu xəstəliyin hamilə qadınlar arasında bu cür geniş yayılmasını qadın orqanizminin quruluşu, hamiləlik zamanı baş verən hormonal və fizioloji dəyişikliklərlə əlaqələndirir.
Sistit - infeksion və qeyri-infeksion mənşəli uroloji xəstəlikdir.
İnfeksion sistit şərti-patogen mikroflora (stafilokokk, streptokokk), bağırsaq çöpləri, xlamidiya, mikoplazma, ureaplazma, trixomonada və s. tərəfindən törədilir.
Qeyri-infeksion faktorlara - soyuqdəymə, yorğunluq, immunitetin düşməsi, bağırsaq disbakteriozu, vaginal disbioz, kimyəvi maddələr, tibbi manipulyasiyalar, allergiya və s. aiddir.
HAMİLƏLİYİN İLK DÖVRLƏRİNDƏ SİSTİT
Hamilələrdə sistit hormonal dəyişiklik fonunda və immunitetin zəifləməsi nəticəsində yaranır. İmmunitetin zəifləməsi infeksiyanın artmasına və iltihabın inkişafına səbəb olur.
Xroniki sistiti olan qadınlarda hamiləliyin ilk dövrlərində xəstəliyin residivləşməsi baş verir.
HAMİLƏLİK ZAMANI SİSTİTİN ƏLAMƏTLƏRİ
Sistit xoşagəlməz əlamətlərlə müşahidə olunur.
Sistitin 2 forması var: kəskin və xroniki.
Kəskin sistitin əlamətləri:
-tez-tez sidik ifrazının olması
-qarnın aşağı nahiyəsində ağrıların olması
-sidikdə qanın olması
-temperaturun artması
-ağrılı sidik ifrazı
-Bulanıq və spesifik iyli sidik ifrazı
DİAQNOSTİKASI
-Sidiyin ümumi müayinəsi
-USM
SİSTİTİN HAMİLƏLİYƏ TƏSİRİ
Sistit pielonefritin inkişafına, doğuşun vaxtından əvvəl baş verməsinə, körpənin az çəki ilə doğulmasına səbəb olur.
PROFİLAKTİKA
-sidik kisəsini requlyar olaraq boşaltmaq
-soyuqdan qorunmaq
-çoxlu miqdarda su içmək
-idmanla məşğul olmaq
-gigiyena qaydalarına riayət etmək
-düzgün qidalanmaq (rasiondan duzlu, acı, turş, qızartma qidaları, kofeni, sitruslu içkiləri çıxarmaq)
-İtburnu dəmləməsi qəbul etmək
MÜALİCƏ
Xəstəliyin əlamələrini hiss edən kimi həkimə müraciət etmək lazımdır. Düzgün müalicə ana və dölə mənfi təsir etmədən xəstəliyin sağalmasına səbəb olacaq.