Göbək ciyəsinin dölün boynuna dolanmasi
Göbək ciyəsi nədir?
Göbək ciyəsi ananı və dölü bir-birinə bağlayan vasitədir. O,
birləşdirici toxumadan və 3 damardan ibarətdir: göbək venası - oksigen və qida maddələri ilə zəngin olan arterial qanı plasentadan dölə çatdırır, əksinə isə digər 2 arteriya ilə venoz qan döldən plasentaya qayıdır. Beləliklə göbək ciyəsi fetoplasentar qan dövranını təmin edir. Göbək ciyəsi adətən hamiləliyin 14-cü həftəsində formalaşır.
Göbək ciyəsi uzun (70 sm-dən çox), normada (56-70 sm), qısa (40-55 sm) olur. Patoloji variantda göbək ciyəsi o dərəcədə qısa olur ki, dölün doğuş kanalında hərəkətinə mane olur. Bu diaqnoz doğuş zamanı qoyulur və bu zaman yeganə yol keysəriyyə əməliyyatıdır.
Göbək ciyəsi bir və ya bir neçə hissədən dölə dolana bilər. Məsələn: dölün boynuna, ayaqlarına, gövdəsinə. Cöbək ciyəsi dölə sıx və boş dolana bilər. Göbək ciyəsinin dolanmasına 20-25% hallardada rast gəlinir. Çox hallarda göbək ciyəsinin dölə boş dolanması baş verir. Göbək ciyəsinin dolanmasına hamiləliyin 17-ci həftəsindən rast gəlmək olur.
SƏBƏBLƏRİ:
Göbək ciyəsinin dölə dolanmasının konkret səbəbləri yoxdur.
İnkişaf edən dölün, xüsusən hamiləliyin erkən dovrlərində çox hərəkətli olması (bu çox vaxt döldə hipoksiya nəticəsində olur), göbək ciyəsinin uzun olması, döl yanı mayenin çox olması buna səbəb ola bilər.
Göbək ciyəsinin dolanması aşağıdakı hallara səbəb ola bilər:
-dölün boynunun sıxılmasına
-göbək ciyəsinin öz damarlarının sıxılmasına
-plasentanın vaxtından əvvəl qopmasına
-dölün ürəyinin reflektor olaraq dayanmasına
-dölün hipoksiyasına
Diqanostika
USM.Bu müayinə ilə dölün ümumi vəziyyəti, boyunun inkişafı, plasentanın, göbək ciyəsinin, döl yanı mayenin vəziyyəti qiymətləndirilir.
Dopplerometriya. Bu müayinə ilə plasentada, göbək ciyəsində və dölün beyin arteriyalarında qan dövranının vəziyyəti müəyyən olunur. "Ana-plasenta-döl" sisteminin qan dövranında baş verən dəyişikliklər artıq ciddi problemlərin olmasından xəbər verir. Bu zaman hamilə qadın mütləq həkim nəzarətində olmalıdır.
Kardiotokoqafiya. 40-60 dəq müddətində dölün vəziyyəti onun ürək döyüntülərinə və hərəkət tezliyinə görə müəyyən olunur. Göbək ciyəsinin dölün boynuna dolanması zamanı ürək yığılmalarının tezliyi azalır. Buna əsasən həkim vəziyyətin nə dərəcədə ağır olduğunu müəyyən edir. Kardiotokoqafiya hamiləliyin 33-cü həftəliyindən aparılır.
