Hamiləlik zamanı uşaqlıqda hipertonus
Hamiləliyərin ultrasəs müayinəsi zamanı bu ifadəyə-uşaqlıq tonusu müsbət-- tez-tez rast gəlmək olur. Uşaqlıqda tonusun müsbət olması hamilə uşaqlığı əzələsinin (miometrinin ) yığılması, tonusunun artması deməkdir. Uşaqlıq əzələsi yığıldıqda daxilində olan dölü sıxır. Bu zaman dölün bətn daxili qidalanması pozuluir. Döl cift qan dövranında çatmamazlıq əmələ gəlir. Bu da hamiləliyin pozulmasına, uşaqsalmaya və ya vaxtından əvvəl doğuşa səbəb olur. Uşaqlıq əzələsi tonusunun artması nətıcəsində cift uşaqlıq divarından aralana bilər. Bu zaman ağır hamiləlik qanaxması baş verə bilər, vaxtında yardım göstərilməzsə hamilənin həyatı təhlükədə qala bilər.
Tonusun artmasını hamilə qadın özü də qarnın aşağı hissəsində menstrual ağrılara bənzər ağrıların yaranmasından hiss edə bilər. Yadda saxlayın hamiləlik zamanı ağrı olmamalıdır!!! Ağrı hiss edəndə həkiminizə mütləq söyləyin.
Tonus nədən artır,bir çox səbəbdən məs: Stressdən, Fiziki gərginlik, fiziki işdən, Intoksikasiyalardan, infeksiyalar və iltihadi proseslərdən və s. Həkim hipertonusun səbəbini araşdırıb, müvafir tədbirlər görəcək.
Əgər ultrasəs müayinədə sizdə belə bir problem çıxıbsa mütləq həkiminizə müraciət edib, müalicə almalısınız.
Təbii yolla, dərmansız tonusu aradan qaldırmaq istəsəniz Vital Klinikaya müraciət edə bilərsiz.
012 437 52 20 I 050 312 23 12