Hamiləliyin əlamətləri
- süd vəzilərinin ölçüsünün böyüməsi, hissiyyatlığının artması və yüngülcə ağrıması ;
- süd vəziləri üzərində olan damarlar daha nəzərə çarpan ola bilər ;
- ümumi zəiflik, başgicəllənmə, halsızlıq ;
- uşaqlıq yolundan ifrazatın artması ;
- iştahanın dəyişməsi, kəskin qidalara, qeyri-adi maddələrə ( gil, təbaşir və s. ) meyllilik ;
- səhərlər ürəkbulanma və qusma ;
- qoxu hissiyyatının dəyişməsi (müxtəlif ətirlər və tütün tüstüsü kimi kəskin iylərə qarşı ikrah hissinin yaranması) ;
- əsəbilik, yuxululuq, əhvalın qeyri-stabilliyi ;
- sidik ifrazının tezləşməsi ;
Hamiləliyin ehtimal olunan əlamətləri - menstruasiya tsiklinin kəsilməsi. (Bu həmçinin stress və ya digər xəstəliklərlə də əlaqədar ola bilər.)