Anadan gəlmə xəstəliyin və qüsurun səbəbindən biri
Əziz ana olmaq istəyən xanımlarımız, unutmayın, gələcək körpənizin sağlam və ağılı olması sizin sağlam olmağınızdan asılıdır. Uşaqların qüsurlu və xəstə olmasına əsas səbəb ana bətnində zəif bəslənməsidir. Ananın kecirdiyi bütün xəstəliklər dölün bətndaxılı hipoksiyasına
(oksigen aclığına) səbəb olur. Bu,bətndaxili dölün inkişafının dayanmasına ya da zəif inkişaf etməsinə səbəb olur. Nəticədə uşaq qüsurlu və ya xəstə doğula bilər. Bəzi xəstəliklər uşaq doğulan zaman özünü birüzə vermir. Yuxarı yaş dövrlərində üzə çıxır. Gənclərdə,uşaqlarda epilepsiya tutmalarına səbəb, cox vaxt hamiləlik zamanı ana bətnində dölün beyninə oksigenin az çatması nəticəsində yaranan posttravmatik ocaqdır. Hamiləlik dövründə bətndaxili oksigen catmamazlığı ürək və başqa orqan qüsürlarına da səbəb ola bilər. Övladınızın sağlam və ağıllı olması ücün hamiləliyi planlaşdıranda mütləq öz sağlamlığınızı yoxlayin, problemləri aradan qaldırın, sonra hamiləliyə qərar verin!