Ana südü
”Ana südü”
Uca Allahın yaratdığı "Ana südü” körpənin qida tələbatını tam ödəyə biləcək və onu müxtəlif mikroorqanizmlərdən qorumaq qabiliyyəti olan əvəzedilməz bir məhsuldur. Ana südünün tərkibindəki maddələrin nisbəti inkişaf etməkdə olan uşaq orqanizminin tələblərinə tam olaraq uyğundur. Maraqlıdır ki, ana südündə uşaqğın sinir sistemi və beyin hüceyrələrinin inkişafını sürətləndirən maddələr var.
Bu gündəlik yaradılmış süni qarışıqların heç biri Uca Alllahın yaratdığı ana südünün bütün unikal qida və bakterisid xüsusiyyətlərini əvəz edə bilməmişdir.
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların tənəffüs və həzm sistemlərinin mikroorqanizmlərdən daha yaxşı müdafiə olunduğunu aşakar etmişdir.
Ana südündə normal floranın inkişaf etməsinə, patogen floranın isə məhv olmasına səbəb olan maddələr var. Eyni zamanda ana südündəki immunostimulyator kimi təsir göstərən maddələr uşağın yoluxucu xəstəliklərdən qorunmasına kömək edir.
Ana südünü uşaq orqanizmi asanlıqla həzm edir, həzm prossesinə az miqdarda enerji sərf olunur. Eyni zamanda həzm olunmuş ana südü uşağı onun inkişafı üçün vacib olan enerji ilə təmin edir.
Maraqlıdır ki, ana südünün tərkibi uşağın yaşından asılı olaraq dəyişir. Məsələn, uşaq vaxtından əvvəl doğulmuşsa südün tərkibində yağlar, zülal, Na, Cl və Fe daha çox olur, belə tərkib yarımçıqdoğulmuşun tələbatına uyğundur. Tədqiqatlar göstərir ki, ana südü ilə qidalandırılmış yarımçıqdoğulmuşlar sürətlə inkişaf edir, onların immuniteti, görmə qabiliyyəti və intellektual inkişaf göstəriciləri süni qidalandırılmış uşaqlardan üstün olur.
Ana südünün daha vacib bir xüsusiyyəti onun tərkibində Omeqa-3 yağ turşularının olmasıdır. Bu birləşmə insan beyni və gözün torlu qişasının tərkibində olduğundan uşaqğın sinir sisteminin formalaşmasında mühüm rol oynayır.
Ana südünün tərkibindəki yağ turşuları və "adinopektin” adlı zülal ürək-damar sisteminin düzgün formalaşmasına və gələcəkdə ürək-damar sistemi xəstəliklərinin inkişaf etməsi ehtimalının azalmasına səbəb olur.
Ana südünün tərkibindəki daha bir maddə - "leptin” yağ mübadiləsində iştirak edir və gələcəkdə piylənmə, şəkərli diabet, mədəaltı vəzi funksiyasının azalması, koronar çatışmamazlıq və.s. kimi problemlərin yaranma ehtimalını xeyli azaldır.
Ana südünün 90%-i sudan ibarətdirki, bu da körpənin suya olan tələbatını tam ödəyir. Südün tərkibindəki kalsium və digər mineral maddələr isə sümük-oynaq sisteminin formalaşması üçün vacibdir.
Ana südünün daha bir unikal xüsusiyyəti - xərçəng hüceyrələrini məhv etmək qabiliyyəti son illərdə kəşf edilmişdir. Hazırda dünyanın bir sıra universitetlərində bu istiqamətdə tədqiqatlar aparılır və ana südünün bu xüsusiyyətinin kəşfi ümumilikdə onkoloji xəstəliklərin müalicəsinin daha effektiv olmasına doğru atılmış böyük bir addım hesab olunur.
Məlum olmuşdur ki, ana südü ilə qidalanan körpələr onkoloji xəstəliklərin bütün növlərindən çox etibarlı şəkildə görünmüş olurlar. Bu barədə tibbi statistikanın maraqlı məlumartları var, məsələn uşaqlar arasında geniş yayılmış limfoma xəstəliyi ana südü ilə qidalanmış uşaqlarda 9 dəfə az rast gəlinir. Onkoloji xəstəliklərin digər növləri ilə bağlı statistik məlumatlar eyni nəticəni göstərir.
Bunun səbəbini müəyyənləşdirmək üçün qoyulmuş ekspermentlərin nəticəsi heyrətamiz olur, ana südü xərçəng hüceyrlərinin dəqiq yerini müəyyənləşdirərək onları elə yerləşdikləri ocaqda məhv edir. Xərçəng hüceyrələrinin yerini aşkar edən və onları məhv edən maddənin ana südünün tərkibindəki zülal təbiətli maddə - alfalaktalbumin olduğu müəyyənləşdirilir.
Ana südü Uca Allahın insanlara bəxş etdiyi böyük möcüzə və nemətdir.
Elm ana südünün keyfiyyətlərini və körpə orqanizmi üçün əhəmiyyətini bu gün də öyrənməkdədir. Dünyanın ən yaxşı laboratoriyalarında istehsal olunan ən keyfiyyətli süni qidaların ana orqanizmində ananın xəbəri olmadan yaranan südlə müqayisəyə gələ bilməməsi ona südünün Allahın bir möcüzəsi olduğunu sübut edir.
Elm sübut etmişdir ki, ana körpəyə 2 il süd versə daha yaxşı olar. Maraqlıdır ki, elmin bu kəşfi barədə məlumatı 14 əsr əvvəl yaranmış Quranda mövcuddur: "Süd verən ana körpəsinə iki il süd verməlidir” ("Əl-Bəqərə” surəsi, 233-cü ayə).