Plasenta gəlişi
Plasenta gəlişi (Cift) - plasentanın dölün öndə gələn hissəsindən qabaqda yerləşməsidir.
Səbəbləri: uşaqlığın selikli qişaında distrofik dəyişikliklər (abort və doğuşlardan sonra yaranır), uşaqlıq şişləri və inkişaf anomaliyaları, döl yumurtası trofoblastının proteolitik xüsusiyyətlərinin zəifləməsi, döl yumurtasının ilkin miolasiyasının aşağıda baş verməsi.
Simptomları: uşaqlıq boynu kanalının daxili dəliyinin bağlanma dərəcəsindən asılı olaraq tam və natamam plasenta gəlişi seçilir. 4-6sm açılış zamanı tam olaraq plasenta görünürsə, bu tam plasenta gəlişidir.
4-6sm açılış zamanı plasenta ilə bərabər döl qişaları müəyyənləşdirilirsə buna natamam plasenta gəlişi deyilir. Bəzi hallarda plasenta uşaqlığın aşağı seqmentində yerləşsədə, onun kənarı uşaqlıq boynunun daxili keçəcəyinə çatmır, bu plasenta gəlişi hesab olunmur. Tam plasenta gəlişində qanaxma hamiləliyin sonunda, qeyri-tam plasenta gəlişində isə doğuşun əvvəlində müşahidə olunur. Qanaxma qəflətən başlanır, ağrı qeyd olunmur. Bəzən qanaxma dayanaraq vaxtaşırı zəif qanlı ifrazat şəklində özünü göstərir. Qanaxmanın intevsivliyinə müvafiq anemiya inkişaf edir.
Plasenta gəlişi zamanı qanaxmada döl qan itirmir, qanaxma uşaqlıq damarlarından olur. Lakin döl üçün asfiksiya təhlükəsi yaranır, plasentanın uşaqlıq divarından aralanmış hissəsi qaz mübadiləsində iştirak etmir.
Plasenta gəlişinə şübhə yaranarsa, xəstə dərhal stasionara yerləşdirilməli və müayinə olunmalıdır. Zəif qanaxma zamanı