Endoskopik cərrahiyyə.
Endoskopik cərrahiyyə.
Endoskopik əməliyyatlar kiçik ölçülü kəsiklərdən bədənə daxil edilən və bütün strukturları görməyə imkan verən xüsusi cihazın – endoskopun köməyi ilə yerinə yetirilir. Bu zaman endoskop əməliyyat olunan orqanın təsvirinin böyüdülməsini və əməliyyat sahəsinin yaxşı işıqlandırılmasını təmin edir.
Endoskopik əməliyyatlar az travmatik hesab olunsa da yerinə yetirilən işin həcmi açıq əməliyyatlarda olduğu kimidir.
Endoskopik cərrahiyyə üsulları cərrahiyyənin digər sahələri ilə bərabər plastik cərrahiyyədə də tətbiq edilir.
Endoskopik üsullar üzdə yaşla bağlı yaranan ən erkən dəyişiklikləri belə korreksiya etmək imkanı yaradır və blefaroplastika, liposaksiya, pilinq kimi proseduralarla yanaşı tətbiq edilərkən çox yaxşı nəticə verir.