Bel Ağrıları

 

BEL AĞRILARI

Demək olarki bel ağrısından insanların bir çoxu əziyyət çəkir, və ya həyatında bir dəfə də olsa çəkib. Qadinlarda və kişilərdə bu ağrılara eyni tezliklə rast gəlmək olur. 
Bel ağrısı qəflətən başlaya  və ya zamanla bel strukturunda dəyişikliyə görə tədricən başlaya bilər. Çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən çox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.
Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturlarının (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.
Bel ağrılarının tez-tez rast gəlinən səbəblərindən: onurğa əzələsinin və bağların dartılması, spondilyoz və fəqərəarası disklərin degenerasiyası, disk yırtıqları (qrijalar) və protruziyalar, radikulopatiya, işiaz, piriformis sindromu, spondilolistez, spinal stenoz, onurğa deformasiyaları (skolioz, lordoz, kifoz və.s) göstərmək olar.
Bəzən bel ağrısı daha ciddi xəstəliklərlə də bağlı olur. Onların arasında infeksion prosseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinə və müalicədən keçməlidirlər.

Ünvan: Vital Klinika 28May Fililalı
Süleyman Rəhimov 188, (Azadlıqla kəsişmə)
📱050-312-23-12
☎️012-449-99-99


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.