ABDOMİNOPLASTİKA

ABDOMİNOPLASTİKA

(Qarının plastikası) 

 

     Abdominoplastika ifrat köklüyün korreksiyasında qarının ön divarında yaranmış və ağır hallarda önlüyü xatırladan piy yığıntısından ibarət lazımsız dəri qatının ləğv edilməsində, doğuşdan sonra dərinin dartılması, striyaların (zolaqların) əmələ gəlməsi və qarının sallanmasının korreksiyasında istifadə olunur. Beləliklə abdominoplastika vasitəsilə qarın nahiyyəsində yaranmış bir sıra estetik problemlər köklü surətdə həll oluna bilər.

    Abominoplastika travmatik əməliyyat olub estetik təəsüratın yaxşılaşdırılması məqsədi ilə aparılır və artıq çəki ilə mübarizədə tətbiq edilə bilər.

    Abdominoplastika bir sıra hallarda effektiv şəkildə liposaksiyanı tamamlaya bilər. Bu əməliyyatların köməyi ilə bədənin konturlarının nəzərə çarpan dərəcədə yaxşılaşdırmaq olar.

 

     Əməliyyat barədə. Abdominoplastikanın əsasında dəri altına yığılmış artıq piy qatının lazımsız dəri sahəsi ilə birlikdə götürülməsi və qarının hamarlaşması durur. Əməliyyatdan sonra yaranan çapıq qarının aşağı hissəsində yerləşir. Əməliyyat böyük həcmli olarsa, göbəyin transpozisiyası zəruriyyəti yaranır, ona görədə göbək ətrafınada tikişlər qoyulur. Əməliyyata həcmindən asılı olaraq 1.5-3 saatadək vaxt sərf oluna bilər.

    Abdominoplastikada ümumi anesteziya tətbiq olunur. Əməliyyatdan sonra xəstə 1 sutka stasionarda qalır. Tikişlər 11-12-ci sutkada sökülür.

     Əməliyyatdan sonra 1-2 ay ərzində xüsusi kompresion paltradan istifadə olunması və ağır fiziki işlərin 4-6 ay ərzində məhdudlaşdırılması məsləhətdir.

     Abdominoplastika kifayət qədər ciddi əməliyyatdır. Bu əməliyyata gedən şəxsin onun nəticələrini dəqiq təsəvvür etməlidir. Əməliyyatdan əvvəl xəstə ilə əməliyyatın özü, əməliyyatdan sonrakı dövrün xüsusiyyətləri, çapıqların yerləşməsi və mümkün ola bilən fəsadlar barədə söhbət aparılır.

Yalnız bütün amillər nəzərə alındıqdan sonra həkim abdominoplastika əməliyyatını aparıb-aparmamaq barədə qəti qərara gələ bilər.

     Abdominoplastika əməliyyatı xəstədən əməliyyatdan sonrakı dövrdə həkimin məsləhətlərinə dəqiq əməl etməyi tələb edir. Əməliyyatdan sonra 3-4 həftə ərzində hər növ aktiv iş (o cümlədən ev işləri) istisna olunmur. Bu, hamıya o cümlədən körpə uşaqları olan analara aiddir.

     Abdominoplastika əməliyyatına hazırlaşan şəxs bir neçə ay əvvəldən sağlam həyat tərzi sürməlidir: yaxşı fiziki status əməliyyatın aparılmasına və bərpa dövrünə müsbət təsir edir, eyni zamanda mümkün olan fəsadların yaranma ehtimalını minimuma endirir.

 





 
 
 
 
 
 
 
 
 
 
]
 
 


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.