Vaginoplastika

Vaginoplastika- uşaqlıq yolunun ölçülərinin cərrahi yolla bərpasıdır.



Əksər hallarda vaginoplastika əməliyyatına doğuş travması keçirmiş qadınlar müraciət edir. Belə ki, doğuş zamanı doğuş yollarınn daxili divarı döl tərəfindən dartılaraq xeyli genişlənir, normal hormonal fon pozulmuş olarkən uşaqlıq yolunun doğuşdan sonra bərpası prosesi düzgün getmir. Uşaqlıq yolunun doğuşdan əvvəlki vəziyyətinə qayıtmasının ilkin və ən vacib şərti estrogenlərin səviyyəsinin normal olmasıdır, düzgün olmayan hormonal fon pozulmuş olarkən uşaqlıq yolunun doğuş sonrası bərpası prosesi düzgün getmir.

Uşaqlıq yolunun doğuşdan əvvəlki vəziyyətinə qayıtmasının ilkin və ən vacib şərti estrogenlərin səviyyəsinin normal olmasıdır,düzgün olmayan hormanal fon uşaqlıq yolunun doğuşdan sonrakı reqresiyasının getməsinə mane olur, uşaqlıq yolu genişlənmiş vəziyyətdə qalır, bu isə qadında sidiyin və bagirsaq qazlarının qeyri-iradi xaric olmasına, eyni zamanda anorqazmiyaya (orqazmın olmamagı)səbəb olur. Öz növbəsində, anorqazmiya nikahın keyfiyyətini xeyli azaldaraq, qadında və kişidə nikahdan narazılıq və müxtəlif psixoloji problemlər yarada bilir.

Vaginoplastikanın köməyi ilə uşaqlıq yolu əzələlərinin tonusunun və uşaqlıq yolunun fizioloji formasını bərpa edərək cinsi münasibətlərin normallaşmasına nail olmaq mümkün olur, bu isə həm qadın həm də kişi orqanizminin sağlamlıgı və nıkahın möhkəmliyi üçün vacib şərtdir.

Vaginoplastikaya göstərişlər:
-uşaqlıq yolunun genişlənməsi,
-uşaqlıq yolunun doğuş zamanı cırılması,
-uşaqlıq yolunun dəhlizinin genişlənməsi və daralması,
-aralıq nahiyyəsinin doğuş zamanı cırılması,
-doğuş zamanı keçirilmiş travmalar nəticəsində uşaqlıq yolu həssaslığının azalması ilə yaranmış anorqazmiya

Əks göstərişlər:
-psixi pozğunluqlar, daxili xəstəliklərin kəskin forması,
-ürək damar sistemi xəstəlikləri,
-qan xəstəlikləri (hemorroqik diatezlər, hemofiliya və s.)
-cinsiyyət orqanları nahiyəsində hiltihabi proseslər,

Vaginoplastikanın aparılmasına əks göstərişlər mövcud olarsa uşaqlıq yolu divarının xüsusi idman hərəkətləri kompleksinin köməyi ilə müəyyən qədər korreksiya etmək olur.

Vaginoplastikanın mərhələləri:
1. Hazırlıq mərhələsi-xəstənin əməliyyatdan öncəki müayinəsi və kolposkopiya (uşaqlıq yoluna baxış) olunur və əməliyyat taktikası ön və ya arxa kolporafiya və ya girişin daraldılması seçilir.
2. Əməliyyat spinal anesteziya və ya ümumi narkoz fonunda aparılır.
3. Reabilitasiya mərhələsi - əməliyyatdan sonra 2 ay ərzində cinsi əlaqədə olmamaq, idman məşğələlərini dayandırmaq, 5 kq-dan artıq ağırlıq qaldırmamaq, həmçinin bu müddət ərzində sauna və solyariuma getməmək tövsiyyə olunur.

Əməliyyatdan sonra 1 həftə müddətində xəstə oturmamalı və kiçik çanaq əzələlərini gərginləşdirməməlidir, bu dövrdə müxtəlif fəsadların ( məsələn tikişlərin aralanması ) yaranma ehtimali daha çox olur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.