Qanın ultrabənövşəyi şüalandırılması

Qanın ultrabənövşəyi şüalandırılması (QUBŞ) spektrin ultrabənövşəyi hissəsinin optik kvantlarla qana ekstra və intrakorporal təsirinə əsaslanan hemokorreksiya üsuludur. Üsulun mahiyyəti xəstəyə fotosensibilizatorun (8-metoksipsolaren) yeridilərək onun uzundalğalı ultrabənövşəyi şüalandırma ilə aktivləşdirilməsi və DNT ilə birləşib sürətlə bölünən patoloji hüceyrələrin zədələnməsindən ibarətdir. Patoloji hüceyrələrin zədələnməsi onların immunogenliyini artıraraq güclü immun cavabın verilməsinə səbəb olur.

Qanın ultrabənövşəyi şüalandırılmasının bir seansı ərzində 120-200ml (təqribən 2ml/kq) qan optik kvarsdan keçir. Prosedura 20-30 dəqiqə davam edir.

Qanın ultrabənövşəyi şüalandırılmasının aşağıdakı müalicəvi effektləri müəyyənləşdirilmişdir:
- bakterisid,
- iltihab əleyhinə ,
- mikrosirkulyasiyanın yaxşılaşdırılması.
- qanın oksigen tutumunun yüksəlməsi, orqan və toxumalarda oksigenləşmənin artması,
- regenerator və mübadilə prosseslərinin normallaşması və stimulyasiyası,
- immunokorreksiya təsiri,
- hemopoez və regenerasiyanın stimulyasiyası, eritrositlərin funksional xüsusiyyətlərinin yaxşılaşması.

Göstərişlər:
- sepsis,
- kəskin və xroniki irinli-septik ağırlaşmalar,
- ekzogen intoksikasiyalar,
- xroniki iltihabi xəstəliklər (xroniki bronxit, endometrit, hoymorid və.s.)
- virus infeksiyaları (herpes, virus pnevmoniyası, virus hepatiti),
- damarların zədələnməsi, ürəyin işemik xəstəliyi, ateroskleroz, obliterasiyaedici endarterit,
- bronxial astma.

Əks göstərişlər:
- müxtəlif mənşəli davamlı qanaxmalar,
- beyin qan dövranının kəskin pozulması,
- hemofiliya,
- fotodermatez,
- porfiriya , protoporfiriya,
- onkoloji xəstəliklər, vərəmin kəskin dövrü,
- bəzi preparatların qəbulu - tetrasiklinlər, fenotiazinlər, ftorxinolonlar, sulfanilamidlər.

Qanın ultrabənövşəyi şüalandırılması zamanı dozanın artıq olması sümük iliyi və böyrəküstü vəzilərin ekskretor funksiyalarının zəifləməsinə səbəb olur.

Müşahidə oluna bilən ağırlaşmalar: titrətmə, başgicəllənməsi, neyrovegetativ reaksiyalar , nadir hallarda bronxospazm.

Vital klinikada qanın ultrabənövşəyi şualandırılması (UBŞ) çox geniş və uğurla tətbiq edilir:
Ginekologiyada: qadın cinsi orqanlarının infeksion, iltihabi xəstəlikləri, o cümlədən xlamidioz, ureoplazmoz, mikoplazmoz, herpes və s. hamiləlik toksikozları, plasentar çatışmazlıq və s. hallarda tətbiq olunur.

Həmçinin pnevmaniya, xroniki bronxit, bronxial astma, ürəyin işemik xəstəliyi, aritmiyalar, hipertoniya, şəkərli diabet, revmatik xəstəliklər, virus hepatitləri, xroniki kolit, xroniki qastrit, qastroduadenit, mədə xorası, xroniki pielonefrit, xroniki sistit, xroniki prostatit, osteoxondroz, xroniki yorğunluq sindromu, dissirkulyator ensefalopatiya və bir çox başqa xəstəliklər zamanı bu metod kompleks müalicənin tərkib hissəsi kimi özünü doğrultmuşdur.

Asanlıqla bizimlə əlaqə saxlayın 012 437-52-20, 050 377-44-44


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.