Ilk tibbi yardim



Hansı hallarda təcili yardıma müraciət mütləq olunmalıdır?

- Şüurun tam və ya qismən pozulması.
- Tənəffüsün çətinləşməsi və ya tamam dayanması.
- Köks qəfəsində sakitləşməyən ağrı və ya təzyiq hissi.
- Nəbzin itməsi.
- Güclü qanaxma.
- Qarın boşluğunda güclü ağrılar.
- Qanlı qusma və ya qanlı ifrazat (sidiklə, bəlğəmlə və.s.).
- Zəhərlənmə.
- Qıcolma, güclü baş ağrısı, nitqin pozulması.
- Baş, boyun və ya kürək nahiyyəsinin travması.
- Sınıq ehtimalı.
- Qəflətən yaranmış hərəkət pozğunluqları.

Mümkün ola bilən bütün digər hallarda da həmçinin diqqətli olmalı və vaxt itkisinə yol verməməlidir.


Tənəffüs pozğunluqları (astma, allergiya, hiperventilyasiya).

Xəstədə tənəffüslə bağlı problem yaranmasından şübhələnərkən bu halın səbəbi aydınlaşdırılmadan xəstəyə təcili yardım göstərilməlidir. Tənəffüs pozğunluqlarının əlamətləri:

- Nəfəsalmanın mümkünsüzlüyü və ya havanın sanki udularaq alınması.
- Tezləşmiş və ya zəifləmiş tənəffüs.
- Çox dərin və ya çox səthi tənəffüs.
- Küylü tənəffüs (fil, xışıltı və ya qabarcıqların yaranması səsi).
- Dərinin əvvəlcə nəm və qızartılı, sonra isə vazıması və ya göyərmiş olması.
- Başgicəllənməsi və başın yüngülləşməsi hissi.
- Döş qəfəsində ağrı, əllərdə və ayaqlarda üyüşmə.
- Xəstənin narahat və qorxma görkəmi.



Bronxila astmanın xarakter simptomları:

- Nəfəsalma zamanı fit səsi.
- Boyun və qabırğarası əzələrləin gərginləşməsi.



Hiperventilyasiyanın spesifik simptomları:

- Tezləşmiş səthi tənəffüs.
- Xəstədə hava çatışmazlığı və ya boğulma hissiyatı.
- Qorxu. Narahatlıq və ya təşviş hissi.
- Başgicəllənmə, əl və ayaq formalarında keyləşmə.



Allergik reaksiyaların spesfik simptomları:

- Əvvəllər olmuş allergik hallar.
- Səpgi, qaşınma, köpücüklərin əmələ gəlməsi.
- Döş qəfəsi və boğazda sıxılma.
- Üz, dodq, qulaq, boyun və ya dildə şişkinliyin yaranması.
- Nəfəsvermədə fit səsi, nəfəsalmada yüksək tembrli küylər.
- Zəiflik, başgicəllənmə və ya təşviş hissi.
- Ürəkbulanma, qusma.

İlk yardım tədbirləri:

- Xəstəyə rahat vəziyyət, yaxşı olar ki, yarım oturaq vəziyyətin verilməsi,
- Ətrafdakıların bir qədər kənara çəkilməsi.
- Xəstə danışa bilmir, lakin şüuru aydındırsa ona hə və ya yox cavablarını baş hərəkəti ilə verməyə imkan yaradan suallar vermək olar. Xəstəni sakitləşdirmək vacibdir, həyəcan hissi tənəffüs problemlərini dərinləşdirə bilər.
- Belə hallar üçün xəstəyə təyin olunmuş dərman preparatı varsa, onu qəbul etməyə kömək etməli, xəstənin dərmanı qəbul etmək imkanı olub-olmamasını təyin etmək lazımdır, xəstə dərmanı qəbul edə bilməzsə ona dərman vermək olmaz, bu boğulma ilə nəticələnə bilər.
- Bədənin normal hərarətinin saxlanılması (üstünü örtmək, bürünmək) vacibdir.
- Təcili yardımın çağırılması.



4. Bayılma.

Bayılma huşun qismən və ya tam , lakin qısamüddətli itirilməsidir. Səbəbi beyin qan təhcizatının müvəqqəti azalmasıdır. Emosional stress, bəzi xəstəliklər (məslən ürək xəstəlikləri) , bir yerdə uzun müddət dayanma və ya yorğunluq bayılmaya səbəb ola bilər. Yaşlılarda və hamilə qadınlarda bədən vəziyyətinin kəskin dəyişməsi bayılmaya səbəb ola bilər. Bayılma qəflətən, bəzən isə zəiflik, ürəkbulanma, başgicəllənmə və tərləmə hissindən sonra yaranır.

Əlamətləri:
- başın yüngülləşməsi hissi.
- başgicəllənmə.
- zəiflik.
- ürəkbulanma.
- dərinin nəm və avazımış olması.

İlk yardım:
- Bayılmanın ağır son halı və ya ürək dayanamasını fərqləndirmək lazımdır, bayılmanın bu hallardan biri ilə bağlı olduğuna əmin olmaq vacibdir.
- Xəstənin həyatına təhlükə olmadığına əmin olmaq üçün həyat əlamətlərinin olduğunu dəqiq bilmək lazımdır.
- Xəstəni arxası üstə uzatmaq, aşağı ətrafları bədənin yuxarı hissəsinə nisbətən 30sm qaldırmaq vacibdir.
- Bayılmanın səbəbi ilə bağlı şübhə olarsa təcili yardı çağırmaq.


5. Alkoqol zəhərlənməsinin əlamətləri:

- Yüksək əhval-ruhiyyə , diqqətin zəifləməsi.
- Hərəkət koordinasiyasının pozulması.
- Ürəkbulanma və qusma.
- Depressiya.
- Səthi və ləng tənəffüs.
- Şüursuz vəziyyət.

İlk yardım:
- 30dəqiqədən çox keçmişsə qusma yaratmağın faydası olmur, qəbul olunmuş spirtli içkilərin 80-90% orqanizm tərəfindən mənimsənilmiş olur.
- Xəstə şüursuzdursa boğulma yaranmasın deyə ona bərpaedici və ya drenaj vəziyyəti verin, xəstənin bir qolu açılmış boş qolun üzərində , aşağı ətrafın biri dizdən bükülmüş və 90dərəcə bucaq altında qoyularaq xəstə uzandırılır (bükülmüş diz xəstənin üzü üstə çevrilməsinə imkan vermir), sərbəst yuxarı ətraf gövdənin önündə rahat vəziyyətdə yerləşdirilir. Belə pozisiya tənəffüs yollarının keçiriciliyinin və qanaxma və ya qusma zamanı mayenin tənəffüs yollarına axmamasını təmin edir.
- Təsili yardım çağırın.
- Zərərçəkmişin hər hansı bir travma almadığına əmin olun, alkoqol hətta kiçik dozalarda belə ağrı hissiyatının xeyli azalmasına səbəb ola bilir.



6. Stenokardiya və ya miokarda infarktının əlamətlər:

- Döş qəfəsində sıxıcı, intensiv ağrı, ağırlıq hissi, 10 dəqiqədən çox çəkir.
- Ağrı çox zaman döş sümüyünün arxasında olur, qol, boyun, alt çənə və kürəyə irradiasiya edir.
- Tənəffüs çətinləşməsi.
- Tezləşmiş, zəifləmiş və ya qeyri-ritmik nəbz.
- Dəri avazımış, göyümtül çalarlı.
- Tərləmə.
- Həzm pozğunluğuna bənzəyən ürəkbulanma və qusma.

İlk yardım:
- Fiziki aktivliyi dərhal saxlamalı, oturmaq və ya uzanmaq.
- Döş qəfəsini sıxan geyimdən azad olmalı.
- Nitroqliserin qan damarlarını genişləndirərək ürəyin qanla təhcizatını artırır. Nitroqliserin bəzən başağrısı verir, bu xəstənin vəziyyətinin pisləşməsinin göstəricisi deyil, preparatın təsir xüsusiyyətidir. I həbdən 5dəqiqə sonra II həb qəbul edilə bilər, faydasız olarasa təcili yardım çağırılmalıdır. Daha 5dəqiqə keçdikdən sonra III axırıncı nitroqliserin həbini qəbul etmək olar.
- Xəstəni sakitləşdirmək vacibdir.
- Xəstəni xəstəxanaya təcili yardım maşını ilə çatdırmaq düzgündür. Təcili yardım olmadıqda mümükün olan hər bir vasitə ilə xəstə xəstəxanaya çatdırılmalıdır.
- Xəstədə stenokardiya və ya miokard infarktının olduğuna əmin olmazsanız da təcili yardıma müraciət edin.




7. Zəhərlənmə - toksik maddənin orqanizmə daxil olması nəticəsində yaranan haldır. Zəhərlənmə təsadüfən və ya bilərəkdən baş verə bilər. Zəhərlənmənin nəticələri bu amillərdən asılıdır:
- Zəhərli maddənin növündən.
- Miqdarından.
- Zəhərlənmənin baş verdiyi vaxtdan.
- Zəhərli maddə ilə kontaktın müddətindən.
- Orqanizmin individual fizioloji xüsusiyyətlərindən.
- Orqanizmə daxil olma üsullarından.

Toksik maddə orqanizmə həzm trkatı, tənəffüs yolları, dəri və infeksiya nəticəsində daxil ola bilər.
Zəhərlənmənin baş verib-vermədiyini dəqiq müəyyənləşdirmək vacibdir, bu zaman zərərçəkmişin yaxınlığında və ya hadisə xoşagəlməz qoxu, tüstü, açıq və atılmış flakon, hər hansı bir bitki və.s. olmasına fikir verilməlidir. Toksik maddələrin növü təyin edilməlidir. Zəhərləyici maddə namçəlumdursa qusuntu kütləsi tibbi ekspertizaya göndərilməlidir.

Əlamətləri: qəflətən xəstəlik əlamətlərinin yaranması, ürəkbulanma, qusma, ishal, döş və ya qarın nahiyyəsində ağrı, tənəffüsün pozulması, tərləmə, ağız suyu ifrazının artması, huşun itməsi, qıcolmalar, ağız nahiyyəsində və dəridə yanıqlar, dərinin qeyri-adirəngi, qıcıqlanama, yaralar, davranışın qəribəliyi.

İlk yardım:
- Qusma yaratmaq. Qusma bəzən əks-göstərişdir: şüursuz vəziyyətdə olarsa, qıcolmalar varsa, hamilədirsə, qələvi və ya neft tərkibli maddədirsə, ürək xəstəlikləri varsa. Qusma zamanı zəhərli maddənin bir hissəsi xaric də ola bilir.
- Təcili yardım çağırmaq.

Tənəffüs yolları vasitəsilə zəhərlənmə müxtəlif zəhərli qazların (dəm qazı, xlor və.s. kimyəvi maddələr) orqanizmə daxil olması ilə bağlı olur.

İlk yardım:
- Hadisə yerində təhlüksizliyə əmin olmaq.
- Zərərçəkmişi qazın və ya buxarın təsirindən uzaqlaşdırmaq və təmiz havaya çıxarmaq.
- Təcili yardım çağırmaq.
- Təcili yardım gələnədək nəbz və tənəffüsə nəzarət etmək, tənəffüsdayanarsa, ağciyərlərin ağızdan buruna yolu ilə süni ventilyasiyasını təmin etmək.

Dəri vasitəsilə zəhərlənmə toksik maddələrin bəzi bitkilərlə, kimyəvi maddələr və zəhərli canlılarla təmas nəticəsində yaranır.

İlk yardım:
- Zəhərlənən nahiyyəni 20dəqiqə ərsində su ilə yumaq.
- Toksik maddəyə bulaşmış geyişi çıxarmaq.
- Təcili yardım çağırmaq, nəbz və tənəffüsə nəzarət etmək.
- Kimyəvi maddə gözə düşərsə, gözü 20dəqiqə ərzində su ilə yumaq, bu zaman zədələnməmiş gözə toksik maddə yuyuntularının düşməməsinə fikir vermək lazımdır.
- Yardım göstərərkən əlcəkdən istifadə olunsa yaxşı olar.
- Yara səthi varsa, onun üzərinə steril tənzif qoymalı.

İnfeksiya yolu il orqanizmə toksik maddələrin daxil olması, zəhərli həşərat və ilanların dişləməsi, eləcə də dərman maddələri və narkotik preparatların yeridilməsi zamanı baş verir.

İlk yardım:
- Həşəratın iynəsi varsa, onu çıxarmalı.
- Zədə nahiyyəsinə soyuq qoymalı.
- Allergik reaksiyaların inkişaf edib-etməməsini müşahidə etməli.
- Təcili yardım çağırmalı.


8. Burun qanaxması travmalar, atmosfer təzyiqinin kəskin dəyişməsi, eləcə də bəzi xəstəliklər zamanı yarana bilər.

İlk yardım:
- Zərərçəkmişi otuzdurub burun pərlərini 10-15dəqiqə ərzində sıxmaq.
- Qanaxma dayandıqdan sonra burun nahiyyəsinə əl vurmaq, burni silmək və.s.
- Qanaxma dayanmırsa Təcili yardım çağırmaq.
- Burunda yad cism olub-olmadığını müəyyənləşdirmək, əgər varsa və mümükündürsə onu xaric etmək, mümükün deyilsə həkimə müraciət etmək.


9. Baş və onurğa sütunu travmaları:

- Yaddaş, emosional, nitq hissi və hərəki pozğunluqlara səbəb olur. Pozğunluqların dərinliyi travmanın nə dərəcədə ağır olması ilə bağlıdır.

Əlamətləri:
- Şüur səviyyəsinin dəyişməsi, itməsi, qarışıqlığı, yuxululuq.
- Baş, beyin, bel nahiyyəsində güclü ağrı.
- Yuxarı və aşağı ətraflarda hissiyatın itməsi və ya keyləşmə.
- Qulaq və ya burundan qan və ya mayenin axması.
- Baş, beyin, göz və ya kürək nahiyyəsində hematoma.
- Qıcolmalar.
- Tənəffüsün çətinləşməsi.
- Görmənin pozulması, bəbəklərin müxtəlif ölçüdə olması.
- Ürəkbulanma və qusma.
- Müvazinətin itməsi.

İlk yardım:
- Təcili yardım çağırmaq.
- Zərərçəkmişin başını aşkar olunduğu vəziyyətdə saxlamağa çalışmaq.
- Tənəffüs yollarının keçiriciliyini təmin etmək.
- Şüur səviyyəsi və tənəffüsə nəzarət etmək.
- Xarici qanaxma varsa saxlamaq.
- Bədənin normal temperaturunu təmin etmək üçün tədbirlər.


10. Qanaxma.

Yardım göstərən şəxs yaraya yalın əllə toxunmamalıdır. Yardım göstərdikdən sonra əl sabunla yuyulamlıdır.

Əlamətləri.
Arterial qanaxmalar:
- Sürətli qanaxma.
- Zədələnmə nahiyyəsində ağrı.
- Al-qırmızı rəngli qan.
- Qanın təzyiq ilə axması.

Venoz qanaxma:
- Qan yaradan sakit axır.
- Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.

İlk yardım:
- Yarada yad cism varsa, onu xaric etmək lazımdır.
- Yaranı sıxın.
- Zədələnmiş ətrafı yuxarı qaldırın.
- Zərərçəkmişi otuzdurmaq və ya üzü yuxarı uzandırmaq lazımdır.
- Qan sarğıya tam hopmuşsa, üstündən əlavə sarğı qoyulur.
- Artıq qan hopmuş sarğıları götürmək olmaz.

Jqut qoyulması:
- Jqut qoyulması vasitəsilə arterial qanaxmanı tam saxlamaq olur.
- Jqut qoyarkən unutmaq olmaz ki, jqut qoyulan nahiyədən aşağıda qan təchizatı pozulur.
- Jqut zədə nahiyyəsindən 5sm yuxarıda qoylulur.
- Zədələnmiş ətrafla jqut arasında təmiz bez yerləşdirilməlidir.
- Kəndirdən jqut kimi istifadə etmək olmaz, toxumaları zədələyə bilər.
- Jqutu bir dəfə bağlayın. Üstündən hər hansı bir cism (qələm, taxta parçası, qayçı və.s.) qoyaraq bir dəfə də bağlayın və qanaxma dayananadək fırladın, cismi ikiqat düyün ilə fiksasiya edin.
- Jqutun qoyulma vaxtını qeyd edin, jqut qoyulan nahiyyənin üstünü geyim və ya örtüklə bağlamaq olmaz.


Daxili qanaxma bu zaman əlamətlər travmadan bir müddət sonra özünü göstərə bilər:
- Travma nahiyyəsində göyərmə.
- Yumşaq toxumaların ağrılı, şişkin olması, qarın boşluğuna qansızma zamanı sərt qarın.
- Zərərçəkmişdə həyəcan və narahatlıq hissinin olması.
- Tezləşmiş tənəffüs.
- Dərinin sərin, nəm və avazımış olması.
- Ürəkbulanma və qusma.
- Susuzluq hissiyatı.
- Şüur səviyyəsinin dəyişkənliyi.
- Təbii dəliklərdən (ağız, burun, qulaq, anus, cinsi orqanlar) qan axması.

Böyük həcmli xarici və ya daxili qanaxma həyat üçün təhlükəli olan son vəziyyəti yarada bilər. mayenin itirilməsi ilə müşayət olunan digər hallarda da (ishal, qusma, yanıqlar və.s.) son vəziyyətinə səbəb ola bilər.

Əlamətləri:
- Soyuq və nəm dəri.
- Zəiflik.
- Narahatlıq.
- Ağızda quruluq, susuzluq.
- Zəif, tezləşmiş nəbz.
- Tezləşmiş tənəffüs.
- Şüurun qarışıqlığı.
- Şüurun itməsi.


İlk yardım:
- Zərərçəkmişin bədən hərarətinin normal qalması təmin edilməlidir.
- Başın bədənlə eyni səviyyədə olması şərtilə zərərçəkmişin uzandırılması vacibdir. Həyati vacib orqanların qanla təhcizatını artırmaq məqsədilə aşağı ətraflar bədən səviyyəsindən təqribən 30sm yuxarı qaldırılır.
- Kəllə-beyin, onurğa travması, miokard infarktı, insult şübhəsi olduqda və ya xəstənin vəziyyətini anlamaya və qiymətləndirə bilmirsinizsə onun bədən vəziyyətini dəyişməyin.
- Son vəziyyətinə səbəb olmuş amili (məslən xarici qanaxma) aradan qaldırmağa çalışın.
- Zərərçəkmişi sakitləşdirin.
- Su vermək olmaz, güclü susuzluq varsa dodaqları su ilə islatmaq olar.
- Dərhal Təcili yardıma müraciət edin.

Daxili qanaxma zamanı ilk yardım:
- Yuxarıda qeyd olunan tədbirlər kompleksi.
- Ağrı və şişkinliyi azaltmaq məqsədilə soyuq kompressin qoyulması.
- Soyuq kompress saatda 15dəqiqə ərzində qoyula bilər.
- Təcili yardım çağırın.



11. Şəkərli diabet.

Şəkərli dibaet zamanı yaranan təxirəsalınmaz hallar xəstənin qanında qlükozanın çox yüksək (hiperqlikemiya) və ya çox aşağı (hipoqlikemiya) olması ilə bağlı olur.
Hiperqlikemiya - insulin dozasının artıqlığı və ya inyeksiyanın vaxtında olunmaması, insulinin yeridilmə texnikasının pozulması, pəhrizin pozulması, bəzi dərman preparatlarının qəbulu və.s. nəticəsində yarana bilər.
Hipoqlikemiya - qanda şəkərin səviyyəsini aşağı salan preparatların yüksək dozada qəbulu. Qeyri-adekvat qida qəbulu, böyük fiziki yük, çox miqdarda alkoqol qəbulu, bəzi dərman preparatalarının qəbulu.

Şəkərli diabetdə təxirəsalınmaz halların simptomları:
- Tezləşmniş nəbz.
- Tezləşmiş tənəffüs.
- Sidik ifrazının tezləşməsi.
- Aclıq və ya susuzluq hissi.
- Nəfəsdə aseton qoxusu.
- Tərləmə.
- Başgicəllənmə, yuxululuq, süurun qarışıqlığı və qəribə davranış.
- Bəzən qıcolmalar və huşun itirilməsi.

İlk yardım:
- Bəzən xəstə özü şirin qida qəbul etməli olduğunu başa düşür. Bir sıra hallarda xəstələr şəkər tərkibli preparatları özləri ilə gəzdirirlər.
- Xəstə qida və maye qəbul edə bilirsə, ona şirin qida və ya şirin maye , və ya adi qənd verin.
- Bir nbeçə dəqiqə ərazində xəstənin vəziyyəti yaxşılaşmazsa Təcili yardım çağırın.
Qanda şəkərin səviyyəsi çox aşağıdırsa, şirin qida qəbulu kifayət qədər tez öz müsbət təsirini göstərir, əks təqdirdə qanda şəkər çox yüksək olduqda əlavə şəkər qəbulu o qədər də böyük də böyük zərər verir.
- Huşsuz vəziyyətdə olan xəstəyə qida və ya maye verməyə çalışmayın.
- Xəstənin ümumi vəziyyətinə nəzarət edin, bədən hərarətini normal səviyyədə saxlamağa çalışın və Təcili yardım çağırın.



12. Hipertaniya (orqanizmin ifrat soyuması).

Hipertaniya orqanizmin soyuması nəticəsində hərarətin 35C-dən aşağı enməsidir, bu itirilən istiliyin bərpası mümükün olmursa, hipertaniya yaranır. Bu zaman ürək ritmi pozula və ürəyin fəaliyyəti dayana bilər. Risk qrupuna daxil olanalar:
- Uzun müddət soyuqda qalanalar.
- Yaşlılar.
- Uşaqlar.
- Sağlamlığında problemləri olanalar.
- Əvvəllər hipotermiya halı keçirmiş şəxslər.
- Ürək-qan-damar sistemi xəstəlikləri olan şəxslr.
Alkoqol və barbituratların qəbulu, infeksion xəstəliklər, hipoqlikemiya. Insult və beyin şişi hipotermiya inkişaf etməsi ehtimalını artırır.

Əlamətləri:
- Titrətmə və ya üstünə (dərinləşmiş hipotermiyada olmaya da bilər).
- Ətrafların keyləşməsi.
- Koordinasiyanın pozulması.
- Təşviş, qeyri-adi davranış.
- Bədən hərarətinin 35C-dən aşağı olması.

İlk yardım:
- Təcili yardım çağırılıması.
- Zərərçəkmişin tədricən isidilməsi vacibdir, bədəni sürətlə isitmək ürək fəaliyyətinin pozulması ilə nəticələnə bilər.
- Mümkündürsə isti maye vermək.




13. Hipertermiya.

Çox temperatur şəraitinin orqanizmə təsiri nəticəsində orqanizmin termorequlyasiya mexanizmlərinin pozulması hipertermiya ilə nəticələnir. Risk qrupu:
- Açıq havada fiziki iş, və ya idmanla məşğul olmaq.
- Yaşlılar.
- Uşaqlar.
- Əvvəllər baş vermiş hipertermiya halları.
- Ürək-qan-damar sistemi xəstəlikləri olan şəxslər.
- Sidikqovucu (orqanizmdən mayeni xaric edən) preparatların qəbulu.

Yüksək temperaturun bədənə təsiri özünü aşağıdakı əlamətlərlə göstərə bilər:
- İstilik (əzələ) qıcolmaları.
- İstilik yorğunluğu.
- İstilik vurma.

İstilik qıcolmaları - əzələlərin (əsasən baldır və qarın əzələlərinin) ağrılı yığılmasıdır. Bu hal yüksək və ya hətta mülayim temperatur şəraitində intensiv fiziki iş nəticəsində orqanizmin maye və minerallar itirməsi nəticəsində yaranır. Bu zaman bədən hərarəti normal, dəri nəm olur.

İlk yardım:
- Zərərçəkmişi sərin yerə aparmaq.
- Ona sərin maye (daha yaxşı olar ki, su) vermək.
- Əzələ spazmı nahiyyəsinin masajı.

Istilik yorğunluğu İsti hava şəraitində fiziki iş nəticəsində orqanizmin həddindən artıq isinməsi və susuzlaşması nəticəsində yaranır. Bədən hərarəti normal və ya bir qədər yüksəlmiş, dəri örtüyü sərin, nəm, avazımış və ya bir qədər qızarmış olur. Başağrısı, başgicəllənməsi, zəiflik, ürəkbulanması müşahidə olunur.

İstilikvurma istilik yorğunluğu əlamətləri diqqətdən kənarda qalarsa inkişaf edə bilər və həyat üçün çox təhlükəli olan bir bədən temperaturunu aşağı salmaq qabiliyyətin itirməsi durur. Bu zaman bədən hərarəti beynin və digər həyati vacib orqanların normal fəaliyyətinin mümükün olmadığı həddə yüksəlir.

Əlamətləri:
- Bədən hərarətinin 41C-dək yüksəlməsi.
- Qızarmış quru dəri.
- Əsəbilik.
- Huşun itirilməsi.
- Tezləşmiş zəif nəbz, ürək ritminin pozulması.
- Tezləşmiş səthi tənəffüs.

İlk yardım:
- Zərərçəkmişin sərin yerə aparılması.
- Ona sərin su vermək.
- Vəziyyətinə nəzarət etmək və pisləşmə olarsa, nəzərdən qaçırmamaq.
- Dar, isti və tərli geyimdən azad etmək.
- Qasıq, qoltuqaltı və boyun nahiyyələrinə soyuq yaş kompress qoymaq, zərərçəkmişin bədənini məsafələrlə bükərək soyutmaq, havanın ventilyasiyasını təmin etmək.
- Dərini spirtlə silmək olmaz, spirt məsamələri daraldaraq istiliyin xaric olmasına mane olur.
- İstilikvurma zamanı qəflətən tənəffüsün dayanması və yaxud miokard infarktı inkişaf edə bilər, reanimasiya tədbirlərinə hazır olmaq gərəkdir.
- Sudan imtina, qusma və şüur səviyyəsinin dəyişməsi zərərçəkmişin vəziyyətinin pisləşməsini göstərir, Təcili yardım çağırılmalıdır.


Onlayn rezervasiya

Klinikaya gəlmədən öncə onlayn olaraq qeydiyyatdan keçin, uyğun zamanda və növbəsiz xidmətlərdən yararlanın.